Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2592/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli BNA2292071,2264558, 2160465, 2123684, 2086488, 2085448, 2042936, 2041681, 2025774, 2016822, 1989264, 1951533, 1881078, 1861026, 1774232, 1657333, 1623230, 1508115, 1449198, 1439151, 1431536, 1396418, 1336160, ******* və ******* saylı protokollarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli protokol ilə X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə (dayanma və durma qaydalarının pozulması əsası ilə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli BNA2292071,2264558, 2160465, 2123684, 2086488, 2085448, 2042936, 2041681, 2025774, 2016822, 1989264, 1951533, 1881078, 1861026, 1774232, 1657333, 1623230, 1508115, 1449198, 1439151, 1431536, 1396418, 1336160, ******* və ******* saylı protokollarından X1 şikayəti 17 iyul 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli BNA2292071,2264558, 2160465, 2123684, 2086488, 2085448, 2042936, 2041681, 2025774, 2016822, 1989264, 1951533, 1881078, 1861026, 1774232, 1657333, 1623230, 1508115, 1449198, 1439151, 1431536, 1396418, 1336160, ******* və ******* saylı protokollarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxs onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair şikayəti məhkəməyə göndərilsə də, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli protokollara dair inzibati tənbeh vermə haqqında qərarları işə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blankların aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5 və 114.4-cü maddələrində nəzərdə tutulan protokol, qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118, 122, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) 2021-ci il tarixli BNA2292071,2264558, 2160465, 2123684, 2086488, 2085448, 2042936, 2041681, 2025774, 2016822, 1989264, 1951533, 1881078, 1861026, 1774232, 1657333, 1623230, 1508115, 1449198, 1439151, 1431536, 1396418, 1336160, ******* və ******* saylı protokollarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2592/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2592/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver