Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2597/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xocalı rayonu, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 may 2025-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi CHEVROLET COBALT LTZ minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Luk Oil yanacaq doldurma məntəqəsindən üzü ana bala dairəsinə doğru hərəkətdə olan zaman anidən hərəkət istiqamətinin sağ tərəfindən yolu keçən Zərərçəkmiş şəxs görməmiş və avtomobilinin ön hissəsi ilə sonuncuya dəymişdir. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs barəsində 10 iyul 2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xıta haqqında protokol tərtib edilmiş və baxılması üçün 17 iyul 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü tam təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində etibarnamə ilə idarə etdiyi, “CHEVROLET COBALT" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Luk Oil yanacaq doldurma məntəqəsindən üzü ana bala dairəsinə doğru hərəkətdə olan zaman anidən hərəkət istiqamətinin sağ tərəfindən yolu keçən Zərərçəkmiş şəxs görməmiş və həmin xanıma avtomobilinin ön hissəsi ilə dəymişdir. Hadisə baş verəndən sonra dərhal avtomobildən enmiş yerə yıxılan xanımı ətrafdakı insanların köməyi ilə yerdən qaldırmışlar. Az sonra hadisə yerinə X3 stansiyasının əməkdaşları gəlmiş, xanımı müayinə etmişlər və bildirmişlər ki, xəstəxanaya getməlisiz. Xanım cavabında bildirmiş ki, xəstəxanaya getməyə ehtiyac yoxdur. TTY stansiyasının əməkdaşları xanımdan xəstəxanaya getməməyinə dair ərizə almışlar və hadisə yerindən getmişlər. Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən və işlədiyi poliklinikaya getmiş, orada onu müayinə etmişlər və onun avtomobilinə əyləşmiş və xanımı evinə aparmışdır. Yaşadığı ünvanda təkrar X4 stansiyasını çağırmışlar və TTY stansiyasının əməkdaşları xanımı Sabunçu xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman hava tutqun, yol asfalt örtüklü olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Sonda Şəxs zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu, şəhid ailəsi üzvü olduğunu, həmçinin məcburi köçkün olduğunu, avtomobil idarə etməklə pul qazandığını və 2 uşağa baxaraq oxutduğunu bildirərək barəsində cərimə cəzası verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, məhkəməyə poçt vasitəsi ilə ərizə göndərmişlər. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslə mobil telefonla əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2025-cı il tarixdə saat təxminən 21 radələrində evdən çıxıb işə gedən zaman işlədiyi 24 saylı poliklinikanın qarşısından yolu keçərkən anidən hərəkət istiqamətinin sol tərəfindən sürətlə gələn ağ rəngli modelini bilmədiyi avtomobil onun sol tərəfindən vurmuş və o yerə yıxılmışdır. Zərbənin təsirindən özündən getmişdir. Gözünü açanda X3 Stansiyasının əməkdaşlarının onun başının üstündə olduğunu, görmüşdür. TTYS-nın əməkdaşları onu xəstəxanaya aparmaq istəmişlər, o, da rəsmi şəkildə imtina etmişdir. Yaxınlıqda yerləşən işlədiyi 24 saylı xəstəxanaya getmişdir. Orada iş yoldaşları ona israrla bildirmişlər ki, mütləq xəstəxanaya getməlisən, iş yoldaşlarının köməkliyi ilə onu vuran avtomobilin sürücüsünün avtomobili ilə evə getmişdir. Evdə təkrar TTYS-nı çağırmış TTYS-nın əməkdaşları onu Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxanasında onu müayinə etmişlər, ilkin tibbi yardım göstərmişlər və xəstəxanada qalmağını təklif etmişlər, o da etiraz etmişdir. Daha sonra onu ambulator müalicə üçün evə buraxmışlar. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 iyun 2025-ci il tarixli 39 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər-burun sümüyünün xətti sınığı, sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının əzilməsi bərk-küt əşyanın (əşyaların təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2025-cı il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində törənə bilər, dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyanı sığorta şirkəti qarşılamış, Şəxs və ailə üzvləri onunla maraqlanmış, gəlib ziyarət etmişlər və buna görə də Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 2/29751 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, iş materiallarında olan zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibbi ekspertizanın rəyi, yol nəqliyyat hadisəsi sxemi, inzibati xəta haqqında protokol, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1974-cü ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xocalı rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2597/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2597/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver