Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2600/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X4 qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Mübariz Qasımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 33-cu Polis Şöbəsinin sahə inspektoru Mübariz Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həyat yoldaşı X2 döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Mübariz Qasımov izahat verərək bildirdi ki, təhqiqatçı tərəfindən qərar verilib, qərar əsasında ekspertiza keçirilib və rəy alınıb. Şəxslər arasında münasibətdən irəli gələn mübahisədir, zərərçəkmiş döyüldüyünü deyir, barəsində protokol tərtib edilən şəxs isə döymədiyini bildirir. Rəy əsasında protokol tərtib olunub və məhkəməyə təqdim edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xanım ilə aralarında mübahisələr çox olub. Xanım üstünə bıçaqla, qayçı ilə, iynə ilə gəlmiş, o da özünü qorumaq məqsədi ilə xanımı itələmişdir. O, hər dəfə fərqli alətlərlə üstünə gəlir. May ayının 10-da onlar arasında heçnə olmamış, ona heçnə deməmişdir. Zərərçəkmiş şəxs onun üstünə gəlmiş, o da özünü qorumaq üçün xanımı itələmişdir. Xanım hər dəfə üstünə gələndə onu itələmişdir. Yəqin ki, o özünü qorumaq üçün xanımı itələyəndə ağız hissəsi yaralanıb, əli başına dəymiş, başı da yaralana bilər. O, 75 yaşı olduğunu, xanıma gücü çatmadığını, onu vurmağa cürət etmədiyini bildirdi. O, hər dəfə üstünə gələndə xanımı itələmiş, itələməsə xanım onu vurub şikəst edə bilərdi. O, sakit yemək yediyi vaxt xanım onun yeməyinə, qabına tüpürmüşdür. Xanım üstünə gəldiyi üçün özünü qorumaq üçün itələyib. Onların arasında olan mübahisələrdə söz-söhbət onun tərəfindən yaranmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, o, may ayının 5-i, 7-si yüngülvari, mayın 10-da isə şiddətli təsirə məruz qalmışdır. Deməli, mayın 5-də küçə qapısını açıq qoyub özü yatmış, gecə 2-yə 5-10 dəq işləmiş Şəxs gəlib qapını yumruqla döymüş və o görmüşdür ki, Şəxs sərxoş vəziyyətdədir. Sabahı gün harada olduğunu soruşduqda uşaqlarla yeyib içdiyini bildirmiş, o da qarşılığında “sənin yeyib-içən vaxtındır?” dedikdə onu söyərək təhqir eləmişdir. Bu məsələyə görə aralarında mübahisə olmuşdur. May ayının 7-də o qardaşıgillə Sumqayıta toya getmiş, həmin günü də orada qalmış, sabahı gün günorta 4-5 aralığında gəlmişdir. Həmin gün Şəxs iş yerindən 900 manat pul almış, cibinə qoyub evə gəlmişdir. Sabahı gün o evə gələndə günorta Şəxs evə gəlmiş, təşvişlə yataq otağını, evi axtarmış, ətrafı dağıtmışdır. O, niyə evi dağıtdığını soruşanda şəxs onda baş qoymadığını, buna görə 900 manatı itirdiyini demiş və onu söymüşdür. May ayının 10da qaz gəlməmiş, o da qaz sobasından qaz iyinin onu boğduğu üçün pəncərənin nəfəsliyini açmış, Aslan isə hər dəfəsində bağlamışdır. O, qazın orta hissəsini götürmüş, Aslan niyə götürdüyünü soruşanda qazın onu boğduğunu demiş, bu məsələyə görə Şəxs onu söymüş, buna görə də aralarında mübahisə yaranmışdır. Şəxs gedib baltanı götürmüş, o da qorxduğu üçün qapını bağlamış və polisi çağırmışdır. Şəxs evi dağıtmış, o da polis çağırdığını demiş, Şəxs həm çağırılmış polisi, həm onu söymüşdür. Polis gəldikdən sonra evə baxmış, təhqiqatçı Kənan Bayramlı qərar qəbul etmişdir. Onun qəbul etdiyi qərar ilə qismən razılaşır. Həmin vaxt ekspertiza da keçirilmiş, aldığı xəsarətlər rəydə göstərilmiş, ancaq tam göstərilməmişdir, bu barədə disk də var. Disk iş materiallarına təqdim edilməyibsə təqdim edəcəyini bildirdi. O, ekspert rəyi ilə qismən razıdır, çünki qərarda aldığı bütün xəsarətlər göstərilməmişdir. Həmçinin, təhqiqatçının qərarı ilə də razı deyil. Qərar bu məsələ cinayət işi olmadığı üçün rədd edilmişdir. Ancaq bu işin əlamətlərində inzibati xəta yoxdur, çünki bu hadisə təkrar-təkrar yaşanır. Təkrarlanırsa, inzibati xəta ola bilməz, bu iş dələduzluq, xuliqanlıq, bir cinayət işi kimi qiymətləndirilib araşdırılmalıdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Mübariz Qasımov tərəfindən protokol tərtib edilərkən protokolda zərərçəkmiş şəxsin şəxsi məlumatları, kimliyi, hadisənin nə vaxt harada baş verməsi, mahiyyətinin qısa məzmunu qeyd edilməlidir. Həmçinin, protokol tərtib edilərkən ekspertiza rəyindən narazı qalan zərərçəkmiş şəxsin mövqeyi nəzərə alınmamış və buna hər-hansı hüquqi qiymət verilməmişdir. Lakin protokol qısa məzmunda, natamam şəkildə tərtibe dilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin sahə inspektoru Mübariz Qasımov tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər, Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2600/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2600/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver