Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2601/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayətçi X1 vəkili Vəkil iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12.01,2025-ci il tarixində saat 22:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Toyota RAV-4” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində (GPS:40.3873187, 50.0664452) hərəkət edərkən qarşısında yaranan avtomobil sıxlığını görmüş və gözləmişdir. Daha sonra avtomobillər hərəkət etdikdə, o da öz növbəsində hərəkətə başlamışdır. Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 ona dərhal “saxla” əmrini vermiş və o avtomobili qarşıda saxlamışdır. Polis baş serjantı ona ilk öncə təhlükəsizlik kəmərini taxmadığını bildirsə də, o kəməri taxmışdır və bunu ona bildirmişdir. Daha sonra mövzunu dəyişərək tabe olmamağını iddia edərək, barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib etmiş və İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbehi tətbiq etmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlanmışdır. Məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, hüquqlarını pozmuşdur. İnzibati xətanın mövcudluğu ilə razı olmadığı üçün iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, barəsində işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılmalıdır. Bakı şəhər DYPİ tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 782/2025 nömrəli Qərarına əsasən verilən tapşırıq vaxtında icra olunmamış və bununla əlaqədar tərəfindən edilən rəsmi müraciətə baxılmamışdır. Bu səbəbdən tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovaya müraciət olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-782/2025 nömrəli Qərarının icra vəziyyəti haqqında məlumat verilməsi xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli A-13/33 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər BPİ X7 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Toyota” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinin tələblərinə riayət etməyərək, “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə” inzibati xətaya yol verdiyinə və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 327.3-cü maddələri ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarın ləğv edilərək icraata xitam verilməsi ilə bağlı məhkəməyə etdiyi şikayət üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-782/2025 nömrəli qərarına əsasən, inzibati xəta haqqında işə yenidən baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapdığından barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvədə saxlanılmış və cərimə məbləği ödənildiyindən qərar icra edilmiş hesab olunur. O, inzibati xətanın mövcudluğu ilə razılaşmamış və barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən, eləcə də işə yenidən baxılarkən iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmaya dair qərar qəbul edilmişdir. Bununla yanaşı, məlum olduğu kimi qanunvericilikdə şikayət baxılma müddətləri müəyyən edilmişdir. Cavabdeh orqan öz məktubunda qərardan verdiyi şikayətə nə vaxt baxması haqqında ümumiyyətlə məlumat verməmişdir. Məhkəmə qərarı xx.xx.2025-ci il tarixində çıxarılmış, cavabdeh tərəfindən isə 2 ay 20 gündən sonra ona məktub ünvanlanmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş şikayətə baxma müddətini pozmuş və 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmamışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli A-13/33 nömrəli məktubun sonuncu cümləsində qeyd edilmişdir ki, “barənizdə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvədə saxlanılmış və cərimə məbləği ödənildiyindən qərar icra edilmiş hesab olunur”. AR İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Maddənin əsas mahiyyəti ondan ibarətdir ki, əgər bir hüquqi şəxs (məsələn, bir şirkət, təşkilat) və ya onun vəzifəli şəxsi (məsələn, direktor, mühasib) bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta törədir və bu barədə elektron protokol tərtib edilirsə, bu halda müəyyən bir prosedur tətbiq olunur. Məlum olduğu kimi, o nə hüquqi şəxs, nə də vəzifəli şəxsdir, eləcə də barəsində tərtib olunmuş protokol elektron protokol deyil. Odur ki, tərəfindən cərimə məbləğinin ödənilməsi, qərarın icra olunması hesab edilə bilməz. Bununla yanaşı əvvəlki şikayətlərində də qeyd etdiyi kimi bu cəriməni ödəməyi həmin TP6997942 saylı qərar ilə razılaşması anlamına gəlmir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 vəkili Vəkil izahat verərək bildirdi ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamış və barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən, eləcə də işə yenidən baxılarkən iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmaya dair qərar qəbul edilmişdir. Bununla yanaşı, məlum olduğu kimi qanunvericilikdə şikayət baxılma müddətləri müəyyən edilmişdir. Cavabdeh orqan öz məktubunda qərardan verdiyi şikayətə nə vaxt baxması haqqında ümumiyyətlə məlumat verməmişdir. Məhkəmə qərarı xx.xx.2025-ci il tarixində çıxarılmış, cavabdeh tərəfindən isə 2 ay 20 gündən sonra ona məktub ünvanlanmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, cavabdeh qanunvericiliklə nəzərdə -tutulmuş şikayətə baxma müddətini pozmuş və 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmamışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli A-13/33 nömrəli məktubun sonuncu cümləsində qeyd edilmişdir ki, “barənizdə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvədə saxlanılmış və cərimə məbləği ödənildiyindən qərar icra edilmiş hesab olunur”. AR İnzibati Xətalar Məcəlləsinin 127-3.6-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Maddənin əsas mahiyyəti ondan ibarətdir ki, əgər bir hüquqi şəxs (məsələn, bir şirkət, təşkilat) və ya onun vəzifəli şəxsi (məsələn, direktor, mühasib) bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta törədir və bu barədə elektron protokol tərtib edilirsə, bu halda müəyyən bir prosedur tətbiq olunur. Məlum olduğu kimi, o nə hüquqi şəxs, nə də vəzifəli şəxsdir, eləcə də barəsində tərtib olunmuş protokol elektron protokol deyil. Odur ki, tərəfindən cərimə məbləğinin ödənilməsi, qərarın icra olunması hesab edilə bilməz. Bununla yanaşı əvvəlki şikayətlərində də qeyd etdiyi kimi bu cəriməni ödəməyi həmin TP6997942 saylı qərar ilə razılaşması anlamına gəlmir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. X2 yol patrul xidmətinin əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbinə riayət etdiyini və təhlükəsizlik kəmərini bağladığını bildirmişdir. K.Abdullayev inzibati xətaların törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə protokol çıxarılmışdır. Belə ki, şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Qeyd olunmaladır ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla – fotoşəkillərlə və ya videoğrüntülərlə təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə hesab edir ki, ilk ziddiyyətli məqamlar ondan ibarətdir ki, hər iki protokolun tərtib edilməsinə dair foto və videoşəkillər və digər əlavə sübutlar, istər protokola dair ilk məhkəmə araşdırmalarında (qərardan şikayət Nərimanov rayon məhkəməsində baxılanda), istərsə də Nərimanov rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı ilə həmin protokol ləğv edildikdən sonra materialın yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərildikdə təqdim edilməmişdir. Bundan əlavə Bakı şəhər DYPİ tərəfindən həmin qərar üzrə hər hansı əlavə araşdırma aparılmamış, yeni sübutlar təqdim olunmamış, nəticə etibarı ilə qərar və protokolla bağlı təyin edilmiş cərimənin ödənilməsi əsas götürülmüş, eyni məzmunlu qərar qəbul edilmişdir. Bundan əlavə, qərarı qəbul edən orqan hər iki maddə ilə əlaqədar - K.Abdullayevin kəmərinin taxmadığına və eyni zamanda nəqliyyat vasitəsini saxlamadığına görə protokol tərtib edildikdə, işin faktiki hallarının təfərrüatı göstərilməmiş, inzibati xətalarla əlaqədar hərəkətlər nədən ibarət olmuş, həmin xətaların törədilməsinə dair sübutlar hər iki araşdırma zamanı təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. X2 nə hüquqi şəxs, nə də vəzifəli şəxsdir, eləcə də barəsində tərtib olunmuş protokol elektron protokol deyil. Odur ki, tərəfindən cərimə məbləğinin ödənilməsi, qərarın qəbul edilməsi kimi hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və sübut edilməmiş, xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad edilməmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2601/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2601/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver