Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2603/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də Suraxanı Rayon Məhkəməsində proses bitdikdən sonra X5 döymüşdür. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05də Suraxanı Rayon Məhkəməsində olan proses zamanı əvvəlcədən aralarında olan mülki məsələyə görə aralarında mübahisə zəminində X1 itələyərək ona xəsarət yetirdiyi barədə 31-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Daha sonra araşdırma aparaılmış, təhqiqat araşdırmasının nəticəsində Şəxs əməlində İXM-nin 157-ci maddəsinin əlamətləri olduğu müəyyən edilmişdir. Şəxsin olduğu yer müəyyən edilmədiyindən icraat xx.xx.2024-cü il tarixdə dayandırılmış, xx.xx.2024-cü il tarixdə M.Ceyhun Suraxanı Rayon Məhkəməsində olduğunu bildirilmiş, şəxs saxlanılmış, barəsində qərar qəbul edilərək, məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmır, ona qarşı şikayətçidir, barəsində həbslə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsində olan iclas zamanı M.Əliyev Əlövsətlə birlikdə 4-cü zalın qabağında dayanmış, o zərərçəkmiş şəxs Əlövsətə səbirli olmasını, zərəri ödəyəcəyini bildirmiş, bu vaxt M.Əliyev onu təhqir etməyə başlamışdır. O, onunla işi olmadığını, ondan aralı durmağını bildirəndə, yenə də onu təhqir etməyə başlamışdır. Bu vaxt əli ilə onu itələyərək ondan aralı durmasını bildirmişdir. Artıq heç bir şey olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 tərəfindən Suraxanı RPİ 31-ci PŞ-nə verilən xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs ona qarşı dələduzluq etdiyi üçün barəsində şikayət etmişdir, Suraxanı RPİ-nin İŞdə cinayət işi araşdırılaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə 11:05-də Suraxanı Rayon Məhkəməsinin inzibati binasında digər zərərçəkmiş şəxsin işinə baxılması prossesində iştirak etmək üçün oraya getmişdir. Məhkəmənin inzibati binasında olan zaman Şəxs onun orada olduğumu gördükdə ona yaxınlaşaraq yumruqla qarın nahiyyəsinə zərbə vurub onu öldürəcəyi ilə hədələmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır, bu səbəbdən məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən imtina edir. Şəxs tərəfindən Suraxanı RPİ 31-ci PŞ-nə verilən xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o izahatında aşağıdakıları qeyd etmişdir: “X5 7 ilə yaxın müddətdir ki, tanıyıram, bir yerli kimi bu zamana qədər normal münasibətlərim olub. Daha sonra mənə məlum olmayan səbəbdən Mədət barəmdə müxtəlif instansiyalara şikayətlər edərək guya onu işə düzəldəcəyim adı ilə 20000 manat pul aldığı, ona qarşı dələduzluq etdiyim haqda şikayətlər etdi. Qeyd olunan müraciət araşdırıldı və Mədətin mənə şər atdığı müəyyən edildiyi üçün toplanmış materiala xitam verildi. Buna baxmayaraq Mədət dayanmadan müxtəlif instansiyalara barəmdə şikayətlər göndərməkdə davam edir. Bundan başqa Əlövsət adlı şəxs barəmdə ona qarşı dələduzluq etməyim haqda etdiyi şikayət əsasında toplanmış material araşdırılaraq Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2024cü il tarixdə 11:05-də Suraxanı Rayon Məhkəməsinin inzibati binasında olan zaman Mədət qəsdən ona aidiyyatı olmayan prossesdə iştirak etmək, əslində isə provokasiya yaratmaq üçün məhkəməyə gəldi. Məhkəmənin koridorunda olan zaman Mədət provokasiya yaratmaq və qəsdən məni əsəbləşdirmək məqsədi ilə ünvanıma xoşa gəlməz sözlər işlətdi, rəhmətlik atamın ünvanına təhqirli ifadə işlətdikdə onun sözlərinə dözməyib əlimlə itələyərək məndən uzaq durmasını bildirdim. Mədət bu zaman qışqıraraq məni vurdu deyib səs-küy salmağa başladı. Onun qəsdən bu şəraiti yaratdığını, məni ilişdirib şikayət edib tutdurmaq istədiyini başa düşdüyüm üçün məhkəmənin keçiriləcəyi 4 saylı zala daxil oldum. X7 yalan danışır və mənə şər atır. Mən onu yumruqla vurmamışam. Məni təhqir edib üzərimə gəldiyi üçün əlimlə itələyərək uzaqlaşmasını bildirmişəm. Onu öldürməklə hədələməmişəm.” cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də Suraxanı Rayon Məhkəməsində proses bitdikdən sonra X5 döyməsi barədə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsində saat 11:05-də radələrində X5 döyməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat işi açılsa da, 104.1.1-ci maddəsinə əsasən icraat dayandırılmış və dayandırılmış inzibati iş yenidən icraata qəbul edilmişdir; xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də Suraxanı Rayon Məhkəməsində proses bitdikdən sonra X5 döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Həmçinin protokolda Şəxs aşağıdakı izahatı qeyd edilmişdir: “O, X7 onun ünvanına təhqiredici ifadə işlətdiyi üçün döyməyərək onun üzərinə getmiş, əli ilə sinəsindən itələmişdir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də Suraxanı Rayon Məhkəməsində X5 vurması faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Mehdili X3 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Mehdili X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-2603/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2603/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver