Məhkəmə qərarları › İş №3(010)-2605/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2605/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2605/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 511.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol Patrul Xidməti baş inspektor, polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:34-də avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saat 06:30 radələrində Suraxanı rayonu ərazisindən H.Əliyev prospekti ilə hərəkət edərkən Yol hərəkəti haqqında qanunun 42-ci və 69-cu maddəsini tələblərini pozaraq başqa avtomobillə nümayişkarəna şəkildə yarışaraq müxtəlif üsullarla yol hərəkəti qaydalarını pozmuşdur. Bu da “təhlükəsiz şəhər” kameraları və dövlət protokol xidmətinin kameraları vasitəsilə müəyyən olunmuşdur. Digər avtomobil axtarışdadır. Sürücüyə hüquq və vəzifələri izah olnmuş, sanksiyada olan bütün məlumatlar nəzərinə çatdırılmış, arxiv məlumatları ilə tanış olmuş, müvafiq qaydada izahat vermişdir. R.Rəşid izahat verərkən qeyd etmişdir ki, nəqliyyat vasitəsini belə hərəkət etdirməyin avtoxuliqanlıq olduğunu bilməmişdir. Bununla da, barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi aşkar edilərək sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, digər avtomaşının sürücüsünü tanımır və onunla əlaqəsi yoxdur. Sadəcə olaraq onun avtomaşınında olan müştəri hava limanına tələsdiyindən o da avtomaşını sürətli sürmüşdür. Videoda digər avtomibllə ötüşdüyü görünsə də, o bu hərəkətə yol verməmiş, avtoxuliqanlıq etməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Bakı şəhər BPİ DYPİ-yə verilən izahatdan görünür ki, o izahatında aşağıdakıları qeyd etmişdir: “xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyim təxminən saat 06:34 radələrində taksi fəaliyyəti ilə məşğul idim. Şəhərdən aeroport istiqamətində həəkət edərkən tanımadığım “Vaz 217073” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə sürüb getməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə dəvət olundu. Orada məni polis mayoru Talıb Qasımov qəbul etdi. Mənə təhlükəsiz şəhər kameraları ilə görünütülər təqdim olundu. Hüquq və vəzifələrim izah olunmaqla İXM-nin 511.1-ci maddəsinin tələbini pozaraq tanımadığım yuxarıda qeyd etdiyi avtomaşınla aşakr surətdə yarışmağımız müşahidə olundu. Mən bu əməlimdən çox peşmanam. Söz verirəm ki, bir daha avtoxuliqanlıq hərəkətlərinə yol verməyəcəm.” məhkəmə baxışında tədqiq edilmiş CD diskə köçürülmüş kamera görüntülərindən müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Hyundaı Elantra” minik markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 511.1 və 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, yəni aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, təqdim edilmiş CD diskdəki videogörüntü, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmalı, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar