Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-261/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminov, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,“D” yaşayış sahəsi, ev 18,mənzil 35 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12000 manat məbləğində pul vəsaiti alınaraq X2 verilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsdan iddiaçı X5 xeyrinə 2500 ABŞ dolları ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və 800 manat məbləğində borc pulları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)-12000/2016 saylı məhkəmə əmrinə əsasən borclular X15 və X6 və Şəxs müştərək qaydada 6215,37 ABŞ dolları məbləğində əsas, 2027,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 8243,32 ABŞ dolları borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor «xxxx» X11 ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 39.308,77 manat məbləğində əsas borc, 11195,67 manat məbləğində faiz borcu olmaqla, cəmi 50.504,44 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor “xxxx” X7 xeyrinə tutulmalıdır.Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2297/2017 saylı icra vərəqəsinə əsasən X8 və Şəxs müştərək qaydada cəmi 7862.67 ABŞ dolları məbləğində borc (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3784/2018 saylı icra vərəqəsinə əsasən iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə cavabdehlər X4, Şəxs və X3 müştərək qaydada 6645.23 ABŞ dolları əsas borc, 3330.56 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə cəmi 10075.79 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra sənədinin icrasına maneçilik göstərmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmədə borclu Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən ondan 12000 manat məbləğində pul vəsaiti alınaraq X2 verilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)- 852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən ondan iddiaçı X5 xeyrinə 2500 ABŞ dolları ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və 800 manat məbləğində borc pulları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunan borj məbləğini tələbkara ödəmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)- 12000/2016 saylı məhkəmə əmrinə əsasən borclular X15 və X6 və ondan müştərək qaydada 6215,37 ABŞ dolları məbləğində əsas, 2027,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 8243,32 ABŞ dolları borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor «xxxx» X11 ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu ondan 39.308,77 manat məbləğində əsas borc, 11195,67 manat məbləğində faiz borcu olmaqla, cəmi 50.504,44 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor “xxxx” X7 xeyrinə tutulmalıdır.Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2297/2017 saylı icra vərəqəsinə əsasən X8 və ondan müştərək qaydada cəmi 7862.67 ABŞ dolları məbləğində borc (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3784/2018 saylı icra vərəqəsinə əsasən iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə cavabdehlər X4, ondan və X3 müştərək qaydada 6645.23 ABŞ dolları əsas borc, 3330.56 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə cəmi 10075.79 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)-12000/2016 saylı məhkəmə əmri, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2297/2017 saylı icra vərəqəsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3784/2018 saylı icra vərəqəsi üzrə o, zamindir. Əsas borclulardan əldə etdiyi məlumata əsasən həmin icra sənədlərindəki borc məbləği resturuktruzasiya olunmuşdur. Vaxt məhdudiyyəti səbəbindən borc məbləğlərinin restrukzasiya olunması barədə məktubları Bankdan götürə bilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən ondan tutulan borc məbləği ilə əlaqədar bildirmişdir ki, həmin borc məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Hazırda həmin iş Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın icraatındadır. Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsində qeyd olunan borc məbləği ilə bağlı bildirmişdir ki, həmin icra vərəqəsində qeyd olunmuş tələbkarın ona borcu olduğundan və bu barədə məhkəmə qətnaməsi qəbul edildiyindən hazırda onun tələbkara və tələbkarın ona olan borcunun əvəzləşdirilməsi üçün icra şöbəsində danışıqlar gedir. Məhkəmədə tələbkar X9 izahat verərək bildirmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsdan onun xeyrinə 2500 ABŞ dolları ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və 800 manat məbləğində borc pulları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra vərəqəsi üzrə qeyd olunan borc məbləğini borclu ona tam ödəmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əzizxsan Eminov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12000 manat məbləğində pul vəsaiti alınaraq X2 verilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxsdan iddiaçı X5 xeyrinə 2500 ABŞ dolları ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və 800 manat məbləğində borc pulları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)-12000/2016 saylı məhkəmə əmrinə əsasən borclular X15 və X6 və Şəxs müştərək qaydada 6215,37 ABŞ dolları məbləğində əsas, 2027,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 8243,32 ABŞ dolları borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor «xxxx» X11 ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 39.308,77 manat məbləğində əsas borc, 11195,67 manat məbləğində faiz borcu olmaqla, cəmi 50.504,44 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor “xxxx” X7 xeyrinə tutulmalıdır.Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2297/2017 saylı icra vərəqəsinə əsasən X8 və Şəxs müştərək qaydada cəmi 7862.67 ABŞ dolları məbləğində borc (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat “xxxx” İKB ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3784/2018 saylı icra vərəqəsinə əsasən iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə cavabdehlər X4, Şəxs və X3 müştərək qaydada 6645.23 ABŞ dolları əsas borc, 3330.56 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə cəmi 10075.79 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra sənədinin icrasına maneçilik göstərmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Həmin məsələyə baxaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, hazırkı inzibati materialdan müəyyən edilir ki, borclunun bir neçə icra vərəqəsi üzrə icra işi bir icraatda birləşdirilmişdir. İş üzrə borclu göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)-12000/2016 saylı məhkəmə əmri, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2297/2017 saylı icra vərəqəsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3784/2018 saylı icra vərəqəsi üzrə həmin icra sənədlərindəki borc məbləği resturuktruzasiya olunmuşdur. Lakin bu barədə sənədlər məhkəməyə təqdim olunmamışlar. Müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-13604/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borjludan tutulan borc məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə tələbkar məhkəməyə iddia tələbi ilə müraciət etmişdir və hazırda həmin iş Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın icraatındadır. Borjlu məhkəmə iclasında göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsində qeyd olunan borc məbləği ilə bağlı həmin icra vərəqəsində qeyd olunmuş tələbkarın borcluya borcu olduğundan və bu barədə məhkəmə qətnaməsi qəbul edildiyindən hazırda borclunun tələbkara və tələbkarın borcluya olan borcunun əvəzləşdirilməsi üçün icra şöbəsində danışıqlar gedir. Lakin bu barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-852/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borcludan iddiaçı X5 xeyrinə 2500 ABŞ dolları ödəniş gününə manat məzənnəsinə uyğun olaraq və 800 manat məbləğində borc pulları, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat pul borcludan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunan borc məbləği tələbkara ödənilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar araşdırılmadığından, borclunun icra sənədləriində göstərilmiş ölçüdə borc məbləğlərinə malik olub-olmadığı müəyyən edildikdən sonra, yalnız buna müvafiq olaraq Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatının başlanması məsələsinə qiymət verilməlidir. Beləliklə, Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallar natamam tərtib olunmuşdur. Odur ki, hazırki halda bu hallar yoxlanılmadan və həmin hallarla bağlı müvafiq rəsmi məlumatlar əldə edilib məhkəməyə təqdim edilmədən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları məhkəmə natamam hesab edir və qeyd edir ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialın geri qaytarılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-261/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-261/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver