Məhkəmə qərarları › İş №3(010)-261/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-261/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-261/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 342.2.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.2.2-ci maddələri ilə 18 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında (İXH) protokol tərtib olunaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və digər sənədlərdən müəyyən olunur ki, müvafiq hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi, döngə 7 ünvanında baş verib. Şəxs rəsmi qeydiyyatı ünvan 2 ünvanınadır, lakin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala onun yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır». Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyati üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasan hesab edirəm ki, inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı deyil və material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati material və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar