Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-263/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, X1, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4W7RXY1, subay, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3cü Mədən küçəsi, 44 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi M.Hüseynovun qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla E.T.Aslanov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X3 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi M.Hüseynovun qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətini xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, E.T.Aslanovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, barəsində inzibati qərar çıxarılmış şəxs X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi M.Hüseynovun qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan şikayət ərizəsini Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına xx xxxxxx 2021-ci il tarixdə tarixdə təqdim etmiş, bununla da E.T.Aslanov sözü gedən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən təxminən 03 ay sonra şikayət vermişdir. E.T.Aslanov şikayətində xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə çağırıldıqda xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan məlumatının olduğunu qeyd etsə də, lakin şikayət ərizəsinə barəsində qəbul edilmiş qərarın surətini rəsmi olaraq hansı tarixdə almasına, bununla da inzibati xəta haqqında iş üzrə qərardan qanunvericilikdə müəyyən edilmiş 10 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, E.T.Aslanov Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi M.Hüseynovun qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi M.Hüseynovun qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-263/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-263/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver