Məhkəmə qərarları › İş №3(010)-2633/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2633/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2633/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yaşayış Massivi küçəsində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 20 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 20 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində əməliyyat keçirən polis əməkdaşlarının işinə maneə yaradaraq, sonuncuların iş fəaliyyətini pozmuş, habelə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 19 iyun 2023cü il tarixdə polis əməkdaşları onun qohumlarını və anasını küçəsinun ortasında döydüyü üçün, o kənarda dayanaraq həmin hadisəni mobil telefonu vasitəsi ilə video yazıya alırdı. Bu zaman polis əməkdaşı onun mobil telefonunu əlindən alaraq, onada vurmuşdur. O, polis əməkdaşlarına hər hansı bir formada kobudluq etməmişdir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə bildirdi ki, 19 iyun 2023cü il tarixdə 102 xidmətindən daxil olmuş məlumatla əlaqədar o, digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində şübhəli şəxsi tutmaq istəyərkən, bir nəfər vətəndaş kənardan onların işinə maneə yaradaraq, polis əməkdaşlarının iş fəaliyyətini pozmuş, habelə həmin şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddə ilə onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli raportdan görünür ki, 19 iyun 2023-cü il tarixdə 102 xidmətindən daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində şübhəli şəxsi tutmaq istədikdə bir nəfər şəxs polis əməkdaşlarının işinə mane olmağa çalışaraq polis əməkdaşlarının qanuni tələbə tabe olmayaraq iş fəaliyyətini kobudcasına pozmuşdur. Bu səbəbdən də həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, 20 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 19 iyun 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, bu halın 102 məlumatı ilə müəyyən edildiyi qeyd edilsə də, lakin Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının konkret olaraq hansı qanuni tələblərinə tabe olmadığı öz əksini tapmamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli raportdan isə Şəxs polis əməkdaşlarının iş rejiminə maneə yaratdığı bu səbəbdən də Polis Bölməsinə dəvət edildiyi və Şəxs polis bölməsinə getdiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə, Şəxs 19 iyun 2023-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə Polis Bölməsinə getdiyini, bununla da polis əməkdaşlarına tabesizlik göstərmədiyini nəzərə alaraq, hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar