Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2636/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri Nümayəndə2, X1 və X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə saat 12:00-da Şəxs MMC tərəfindən nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, MMX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilmiş sorğulara cavab verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin 17 aprel 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC-də “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə 01 aprel 2022-ci il tarixdən 28 fevral 2025-ci il tarixdək yoxlama aparılmışdır. Yoxlama zamanı Azərbaycan Respublikası Maliyyə Xidmətinin 21 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının tələblərinə uyğun aparılmışdır. Yoxlama 2 may 2025-ci il tarixdə başlanmış, 18 iyul 2025-ci il tarixdə başa çatdırılmışdır. Belə ki, yoxlama zamanı İXM-nin 598.7-ci maddəsi əsasən bu qanunun tələblərinin üçüncü maddəsinə əsasən, məsul şəxslə bağlı tələblər pozulduğuna görə protokol tərtib olunmuşdur. Müəssisə 3 gün ərzində məsul şəxs təyin etməlidir və bu barədə Maliyyə Monitor Xidmətinə məlumat verməlidir. Yoxlama ərzində Maliyyə Monitor Xidmətinə məktub ünvanlanmış, oradan daxil olmuş məktubdan Şəxs MMC-də məsul şəxsin olmadığı qeyd olunmuşdur. Ona görə də protokol tərtib olunmuşdur. Daha əvvəl X10 tərəfindən qərar qəbul edilib, həmin qərar hələ vergi orqanına daxil olmayıb. Daxil olduqdan sonra 2-3 gün sənədin qeydiyyata alınma prosesi aparılır, bu səbəbdən hələ həmin qərardan şikayət verilməyib. X5 Xidmətinin rəsmi imza möhürü olmadığı üçün qəbul etməmişlər. Məsul şəxsin əmri var, lazimi qayda da təsdiqlənmədiyi üçün Vergi orqanı qəbul etmədi. Rəsmi qaydada Maliyyə Monitorinq Xidmətinə 2023-cü ildə təqdim olunmalı idi, lakin hazırlanıb, saxlanılıb və göndərilməyib. Şəxs proqramı yenidir, qanun 2023-cü ildən olduğundan həmin qanun əsas götürülür. İnzibati xəta haqqında protokol iyul ayında tərtib olunub. Qanunun müvafiq maddəsi var ki, konkret öhdəlik daşıyan şəxslər kimlərdirsə onlar göstərilməlidir, onlar da göstərilib. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin pozulmasına görə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, məsul şəxsin 15 may 2023-cü ildə əmri var. Məsul şəxsin qeydiyyatı ilə bağlı rəsmi cavab məktubları da var. Protokolda qeyd edilən sənədlər- protokollar, sənədlər, təlimatlar hər biri qaydasındadır. Protokol tərtib edilən zaman pozuntu yoxdur. İXM-nin 298-ci maddəsi ilə bağlı hüquqi şəxsin məhkəmə prosesinə 25 avqust 2025-ci il tarixdə baxılaraq X10 tərəfindən qərar qəbul edilmiş, qanuni qüvvəyə minmişdir. Həmin qərardan şikayət verilməyib. Sənədlər qaydasında olmuş, təqdim edilmiş sənədlər yoxlama zamanı Vergi Müfəttişliyinə təqdim edilib. Onlara “Şəms” proqramının qeydiyyatı ilə bağlı təlimat 20 may 2025-ci ildə daxil olub, bu vaxta qədər isə proqram barədə, qeydiyyat barədə, məlumat gəlmədiyi üçün gecikmiş, ancaq protokol tərtib olunan vaxtda pozuntu olmamışdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına” dair qanunun 3-cü maddəsinə əsasən mühasibat xidməti və vergi məsləhətləri xidməti var. Onlar konkret maddəyə istinad etdikləri üçün müştərilərə pul vəsaitlərinin, qiymətli kağzıların verilməsi, pul hesablarının idarə olunması prosesinin heç birində şirkətləri iştirak etmir. Proqramın təlimatı haqqında məlumat 20 may 2025-ci ildə daxil olub və 26 mayadək vaxt qoyulmuş, onlar da cavablayıb göndərmişlər. 02 may 2025-ci il tarixdə Nümayəndə1 gəlib məlumat vermiş, onlar da qeydiyyatdan keçmişdir. 20 may 2025-ci il tarixdə isə vergi orqanı tərəfindən onlara təlimat göndərilmiş, ancaq həmin vaxta qədər onlar artıq qeydiyyatdan keçmişlər. “Şəms” proqramı barədə araşdırmış, proqram haqqında əsasnamə xx.xx.2025ci ildə çıxmışdır. Link göstərilmiş, həmin link vasitəsi ilə daxil olmuş və sənədləri göndərmişlər. Sənədlərin göndərilməsi linklə olub, onlarda göndərilən sənədlər görünmürsə, deməli xəta olub. Qeydiyyatın olmaması sistem xətası kimi ola bilər, çünki onlar 2023-cü ildə Vergi orqanları tərəfindən göndərilən sənədlər linkdə olur, onlar da linkə daxil olaraq məlumatları oraya daxil edirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-nin təsisçisidir, 2002-ci ilə qədər vergi orqanında 30 il işləmiş, sonra təqaüdə çıxmışdır. Müqavilələr əsasında müəssisələr cəlb edilmiş, hazırda cəmi 7 müəssisəyə xidmət edirlər. Həmin 7 müəssisənin cəmi dövriyyəsi, yoxlama dövründən söhbət gedir. 2022-ci ildə bir illik dövriyyə 14400, 2023-cü ildə 19200, 2024-cü ildə isə 18600 olub. Hazırda bugünkü günə müəssisələrdən aylıq müqavilələr üzrə daxil olan məbləğ 1650 manatdır. Bu müəssisələrlə müqavilə əsasında işləyirlər. Müqavilənin şərtləri var, bu şərtlərə əsasən heç bir alqı-satqıda, heç bir maliyyə işində iştirak etmirlər. Müəssisə özü tərəfindən idarə olunur. Onların qeydiyyatında iştirak etmirlər. Müəssisə qeydiyyata alınandan sonra Kommersiya Hüquqi şəxslərin qeydiyyatı İdarəsində Vergi orqanında qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra sənədləri gətirərək hansı müəssisəyə VÖEN-i olduğunu, pay bölgüsünü, təsisçiləri müəyyən edərək işinə baxılmasını tələb edirlər. Təşkilatların bankda adına imzaları olur, onların isə bankda imzaları yoxdur. Həmçinin, “Asan” imza təşkilatların öz adına olur və göndərişi, əməliyyatı özləri təsdiq edir. Monitorinq iştirakçısı deyillər. Onlar vergisini müəyyənləşdirir, sənədləri gətirən müəssisə hesabına ödəyir, onların bu məsələdə heç bir rolu yoxdur. X10 bu məsələni geniş araşdıraraq monitorinqin iştirakçısı olmadıqları barədə qərara gəlmişdir. Onun bu qədər müəssisədə 5 işçisi işləyir, hər birinə 400 manat əmək haqqı və aylıq vergi borclarını çatdırmaq olmur. Bu qərar verilsə müəssisə bağlanılmalı və işçilər işdən kənarlaşdırılmalıdır. Yeni İqtisadiyyat naziri hər şeyi avtomatlaşdırıb, məsafədən asılı olmayaraq hər şeyi idarə edirlər. Qaimə fakturanı, hesabatı internetlə edirlər. Vergi maliyyə məsələsində heç bir uyğunsuzluq yoxdur. Həmin 3-cü maddənin onlara aiddiyatı olmadığı halda bilmədikləri üçün monitorinq mərkəzində qeydiyyata düşmüşlər. Buna dair əmrlər vermişlər, sonradan müəyyən edilmişdir ki, onlar heç monitorinq iştirakçısı deyillər. Bu səbəbdən qeyd etdiklərinin, müəssisənin, oranın işçilərinin nəzərə alınmasını, hətta işçilərdən birinin anadangəlmə epilepsiya xəstəsi olmasını bildirdi və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X7 deyilənləri təsdiq edərək inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 20 may 2025-ci il tarixli, Ne3-21-28/2-550/2025 saylı məktubundan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2025-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmişdir və məsul şəxsi X3r. İXM-nin 598.7-ci maddəsi bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.7ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. Həmin Qanunun 3.1 -ci maddəsinə əsasən bu Qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: 3.1.1-ci maddəsinə əsasən rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: 3.1.2.1- ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı; 3.1.2.2- ci maddəsinə əsasən müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; 3.1.2.3- cü maddəsinə əsasən müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; 3.1.2.4- cü maddəsinə əsasən hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Göründüyü kimi Vifker MMC mühasibat uçotu və vergilər üzrə məsləhətlər fəaliyyətilə məşğul olmaqla “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun ümumi tələbləri baxımından qeyri-maliyyə institutu hesab olunsa da həmin Qanunun 3.1.2-ci maddəsinin tələbləri baxımından həmin maddənin bəndlərində qeyd olunan hərəkətləri icra etmədiyindən və icra etmək səlahiyyətində olmadığından bu Qanunun tələbləri Vifker MMC-yə tətbiq oluna bilməz. Çünki MMC yalnız mühasibat uçotu və vergilər üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olur. Həmçinin qeyd olunmalıdır ki, səyyar vergi yoxlamasının nəticəsində Şəxs MMC- nin fəaliyyətində (məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır) kimi qeyd edilsə də 18 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı protokolda daxili nəzarət proqramının tam tətbiq edilməməsi, məsul şəxsin təyin edilməməsi, bu barədə MMX-ya məlumat verilməməsi, DVX tərəfindən göndərilən sorğulara cavab verilməməsi kimi pozuntular qeyd edilmişdir. Bunun özü isə yoxlama nəticəsində aşkar olunmuş pozuntu ilə inzibati xəta haqqında protokolda yazılmış pozuntular arasında kifayət qədər ziddiyyətlərin olmasını göstərir. Bundan başqa iş materiallarında əlavə edilmiş məktubdan və digər sənədlərdən görünür ki, Şəxs MMC-də məsul şəxsin təyin olunması ilə bağlı əmr olmuş və həmin sənədlər Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli və 20 may 2025-ci il tarixli məktublardan görünür ki, birinci məktub Maliyyə Monitorinqi Xidməti tərəfindən Dövlət Vergi Xidmətinin rəhbərliyinə ünvanlanmış və ŞƏMS proqramında qeydiyyatla bağlı bildirilmişdir ki, Vifker MMC-nin həmin məlumat bazasında qeydiyyatı mövcud deyildir. Lakin digər məktuba cavabda isə Maliyyə Monitorinqi Xidmətinin Vifker MMC-yə verdiyi cavabda şirkətin 02 may 2025-ci il tarixdən MMX-nin məlumat bazasında qeydiyyatdan keçməsi və məsul şəxsinin X6 olması göstərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və hüquqi şəxs özünü təqsirli bilmir. Belə ki, "xxxx" MMC (VÖEN:**********) xx.xx.2025-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmişdir və məsul şəxsi X6 müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin Dövət qeydiyyatı haqqında 0102- A1-1259 nömrəli şəhadətnaməyə əsasən Şəxs 18 dekabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X4r və hüquqi ünvanı ünvan 2rilənlərə əsasən məhkəmə hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü bəndində qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri, eyni zamanda bu fəaliyyətlə məşğul olmayan, monitorinqdən, yoxlanmadan keçməsi nəzərdə tutulmayanlar göstərilib. X11 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol ilə Şəxs MMC məsuliyyətə cəlb edilmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib edən orqan Şəxs MMC-nin fəaliyyətinin və onun növlərinin qeyd olunan qanunun 3-cü bəndinin təsiri altına düşüb-düşməməsini yoxlamadan məsuliyyətə cəlb etmişdir. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2636/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2636/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver