Məhkəmə qərarları › İş №3(010)-2637/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2637/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2637/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmamış, balıq ovu ilə məşğul olan, Siyəzən rayonu, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 48, mənzil 18-də qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 15 iyul 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 23 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 22 iyul 2025-ci il tarixdə məkəməyə daxil olmuşdur. 23 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində təyin olunmamış vaxtda rejim sularına çıxaraq inzibati xəta törətmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 23 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir, yalnız balıq ovu fəaliyyəti ilə məşğuldur. Bildirmişdir ki, sentyabr ayından etibarən bir il müddətinə balıq tutmağa rəsmi icazəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində ona məxsus HÖ-1749 bort nömrəli yamaha – 40 mühərrikli üzmə vasitəsi ilə 41-ci YK-dan təmiz hava almaq məqsədi ilə dənizə getmişdir. Saat 03:50-də dənizdən qayıdıb yanalma körpüsünə yan aldığı zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Əməlinin qanunsuz olduğu sərhədçilər tərəfindən ona izah olunmuşdur. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olmasını bildirərək məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 03:30-da “ƏBQ” sərhəd naryadı başçısı 3-cü dərəcəli kapitan Ruslan Süleymanov və üzvləri miçman Vüqar Səlimov və miçman Əzizağa Hüseynli tərəfindən 41-ci yanalma körpüsündə qeydiyyatda olan üzmə vasitələrinin mövcudluğunu yoxlayan zaman HÖ-1749 bort nömrəli taxta tipli, yamaha-40 mühərrikli üzmə vasitəsinin saxlanc yerində olmadığı aşkar olunmuşdur. Saat 03:50-də üzmə vasitəsi 41-ci yanalma körpüsünə yan alan zaman saxlanılaraq baxış keçirilmişdir. Üzmə vasitəsinin heyət üzvü Siyəzən şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü Şəxs sahil nəzarəti bölməsinə dəvət olunmuş, saat 04:35-də təyin olunmayan vaxtda rejim sularına çıxdığı üçün su-sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdir. Odur ki, vətəndaş Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları»nın (2 nömrəli əlavə) pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində toplanmış materialların müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 03:30-da “ƏBQ” sərhəd naryad başçısı 17-ci SNB-nin rəisi 3-cü dərəcəli kaipitan X3, üzvləri: 17-ci SNB-nin nəzarətçiləri miçman X4 və miçman X6 ilə birlikdə 41-ci yanalma körpüsündə üzmə vasitələrinin mövcudluğunu yoxlayarkən HÖ-1749 bort nömrəli, raxta tipli, Yamaha-40 mühərriklə təchiz olunmuş üzmə vasitəsinin yerində olmaması aşkar edilmişdir. Saat 03:50-də HÖ-1749 bort nömrəli üzmə vasitəsi 41-ci yanalma körpüsünə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Araşdırma zamanı məlum olumuşdur ki, üzmə vasitəsinin heyət üzvü Siyəzən şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü Şəxsdur. Adı çəkilən vətəndaşa su sərhəd rejim qaydalarını pozaraq təyin olunmamış vaxtda rejim sularına çıxdığına görə qanunla müəyyən olunmuş qaydaları pozduğu izah olunmuş və saat 04:15-də 17-ci SNB-nə dəvət olunmuşdur. Belə ki, su sərhədboyu rejim qaydalarını pozduğuna görə saxlanılaraq saat 04:35-də inzibati qaydada sənədləşdirilmişdir. Odur ki, vətəndaş Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazi və daxili sularda özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları»nın (2 nömrəli əlavə) pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində toplanmış materiallar üzrə müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan DSX-nin Sm-si BSNŞ-si Hövsan SNB-də işləyən X5 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində 3-cü dərəcəli kapitan R.Süleymanov və miçman Ə.Hüseyinli ilə birlikdə 41-ci yanalma körpüsündə “ƏBQ” sərhəd naryadını təşkil edən zaman yanalmanın qeydiyyatında olan üzmə vasitələrinin mövcudluğunu yoxlayan zaman HÖ-1749 bort nömrəli taxta tipli, yamaha-48 mühərrikli üzmə vasitəsinin saxlanc yerində olmadığı aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 03:50-də qeyd olunan üzmə vasitəsi rejim sularından qayıdan zaman tərəflərindən saxlanılmışdır. Üzmə vasitəsinə baxış keçirən zaman üzmə vasitəsinin bortunda Şəxs olduğu müəyyən olunmuşdur. Tərəflərindən vətəndaşla izahedici işlər apararaq “Hövsan” sahil nəzarəti bölməsinə dəvət olunmuşdur. İş materiallarında olan DSX Sahil Mühafizəsi Bakı sahil nəzarəti şöbəsi 17-ci SNBdə işləyən X1 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində miçman V.Səlimov və miçman Ə.Hüseyinli ilə birlikdə 41-ci yanalma körpüsündə “ƏBQ” sərhəd naryadını təşkil edən zaman yanalmanın qeydiyyatında olan üzmə vasitələrinin mövcudluğunu yoxlayan zaman HÖ-1749 bort nömrəli taxta tipli, yamaha-48 mühərrikli üzmə vasitəsinin saxlanc yerində olmadığı aşkar olunmuşdur. xx.xx.2025-ci il tarix saat 03:50-də qeyd olunan üzmə vasitəsi rejim sularından qayıdan zaman tərəflərindən saxlanılmışdır. Üzmə vasitəsinə baxış keçirən zaman üzmə vasitəsinin bortunda Şəxs olduğu müəyyən olunmuşdur. Tərəflərindən vətəndaşla izahedici işlər aparılaraq “Hövsan” sahil nəzarəti bölməsinə dəvət olunmuşdur. İş materiallarında olan DSX SM-si BSNŞ-si Hövsan SNB-də işləyən X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 03:30 radələrində 3-cü dərəcəli kapitan R.Süleymanov və miçman V.Səlimov ilə birlikdə 41-ci yanalma körpüsündə “ƏBQ” sərhəd naryadını təşkil edən zaman yanalmanın qeydiyyatında olan üzmə vasitələrinin mövcudluğunu yoxlayan zaman HÖ-1749 bort nömrəli taxta tipli, yamaha-48 mühərrikli üzmə vasitəsinin saxlanc yerində olmadığını aşkar olunmuşdur. xx.xx.2025-ci il tarix saat 03:50-də qeyd olunan üzmə vasitəsi rejim sularından qayıdan zaman tərəflərindən saxlanılmışdır. Üzmə vasitəsinə baxış keçirən zaman üzmə vasitəsinin bortunda Şəxs olduğu müəyyən olunmuşdur. Tərəflərindən vətəndaşla izahedici işlər apararaq “Hövsan” sahil nəzarəti bölməsinə dəvət olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində ona məxsus HÖ-1749 bort nömrəli yamaha – 40 mühərrikli üzmə vasitəsi ilə 41-ci YK-dan balıq ovlamaq məqsədi ilə dənizə getmişdir. Saat 03:50-də dənizdən qayıdıb yanalma körpüsünə yan aldığı zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Əməlinin qanunsuz olduğu sərhədçilər tərəfindən ona izah olunmuşdur. Əməlindən peşman olduğunu və bir daha belə halın təkrar olmayacağına söz vermişdir. Şəxs məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası FHN kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti texniki talondan görünür ki, gəminin adı Yamaha 40, tipi asma, təyinatı həvəskar balıq ovu, AŞA 8012 bort nömrəli, tipi taxta qayıq, ehtiyyat mühərriki yoxdur, 5 nəfər sərnişin götürmə qabiliyyəti vardır, 0,50 ton yük götürmə qabiliyyəti vardır, üzmə rayonu 2 mil, texniki baxışı qismən yararlı, gəminin sahibi Şəxs, gəminin dayanacaq yeri Bakı şəhəri, Hövsan qəsəbəsidir, gəmi xx.xx.2024-cü il tarixdə verilmiş və xx.xx.2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün etirafedici izahatı, iş materiallarında olan digər izahatlar və başqa sübut növləri ilə kifayət qədər təsdiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi - inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, şəxsin əsas dolanacaq mənbəyi balıq ovu olduğu üçün inzibati xətanın predmeti olmuş Şəxs məxsus 01 ədəd “HÖ 1749” bort nömrəli, “Taxta” tipli, “Yamaha-40” mühərrikli taxta qayıq müsadirə edilməməli və qanuni sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 31, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç bir yerdə işləməyən, balıq ovu ilə məşğul olan, Siyəzən rayonu, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 48, mənzil 18-də qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs istifadəsində olmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet 01 ədəd “HÖ 1749” bort nömrəli, “Taxta” tipli, “Yamaha- 40” mühərrikli taxta qayıq müsadirə edilməsin və qanuni sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar