Məhkəmə qərarları › İş №3(010)-264/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-264/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-264/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və inzibati xəta üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1984-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Füzuli rayonunun Şıxlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 14, 2 nömrəli evdə yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 6050/2019 nömrəli qətnaməsinə əsasən həmin Məhkəmənin xx xxxx 2014-cü il tarixli, 2(001)-6041/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Şəxs X1 xeyrinə tutulması müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, ondan iki uşağının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. O, icra sənədi üzrə tələbkara mütəmadi olaraq, sonuncu dəfə isə 2020-ci ilin dekabr ayında 300 manat ödəniş etmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmədiyinə görə icra sənədi üzrə öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Aliment borcunu maddi vəziyyətli ilə əlaqədar olaraq birdəfəlik ödəmək iqtidarında deyil. Möhlət veriləcəyi təqdirdə icra sənədi üzrə aliment borcunu hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş məktubu borclu Şəxs göndərilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə verdiyi xx xxxxxx 2020-ci il tarixli izahatında onun həmin tarixə 2.120 manat aliment borcunun olduğu, bundan sonrakı izahatlarına əsasən xx xxxxxx 2020-ci il tarixdə bu borcun 2.288 manata, xx xxxxxx 2020-ci il tarixdə 2.748 manata, hazıradək isə 3.448 manatadək artdığı müəyyən edilmişdir. Həmin izahatlardan göründüyü kimi borclu Şəxs nəinki ödənilməyən aliment borcunu ödəmir, bunu üstünə hər ay ödənilməyən borclar yığmaqla aliment borcunu şişirtməkdə davam edir. Şəxs bu günədək alimenti ödəməməkdə heç bir qanunla üzrlü sayılan səbəb göstərməmişdir. xx xxxxxx 2021-ci il tarixdə borclu Şəxs izahat verərək mövcud 3.448 manat aliment borcunu ödəməməyə səbəb kimi işsiz olduğunu göstərmiş, alimenti dərhal ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq qeyd olunan icra sənədi üzrə alimenti ödəməkdən yayınmış, görülən məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamış, hazıradək ayda 320 manat ödənilməli olan aliment borcunu ümumilikdə 3.448 manata çıxarmış, bununla da mövcud 3.448 manat borcunu ödəməməklə bir icra məmuru kimi onun qanuni tələblərini icra etməmiş, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlməkdən boyun qaçırmışdır. Bütün bu faktlar borclunun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Buna görə də icra məmuru yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddələrini rəhbər tutaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment Şəxs onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək aliment pulunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6050/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(001)-6041/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Şəxs X1 xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-6050/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 6050/2019 nömrəli icra sənədi üzrə aliment borcu 3.448 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən, saat 12:35dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar