Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2644/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X14 qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X4, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(010)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 22 iyul 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Həsənov X9 Rayon Məhkəməsinin 2(010)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən borclu Şəxs X1 xeyrinə 3165 manat məbləğində pul tutulmalıdır. Bu barədə icra vərəqi şöbənin icraatına xx.xx.2023-cü ildə daxil olmuşdur.İcra məmuru Teymur Bayramovun icraatında olub.Teymur Bayramov tərəfindən də dekabr ayında borclu axtarışa verilib. 2024 cü ildə borclu və tələbkar arasında hər ay 200 manat məbləğində ödənilməsi ilə bağlı razılıq əldə olunub. Borc məbləğinin 1200 manatı ödənilib, sonradan ödəniş dayandırıb. O, 2025 ci ilin yanvarında təkrar axtarış elan etmiş, şəxs saxlanılmışdır. Şəxs tutulduqdan sonra əmlak vəziyyəti yoxlanılmışdır. O, 1200 manat ödəyib,1965 manat borcu qalıb. Hazırda 300 manat verir, lakin tələbkar razı olmur. Axırıncı ödəniş dekabr ayında olub, 7aydır ödəniş yoxdur. Kart hesabı verilib,lakin vaxtı keçib. Borclunun sabit əmək haqqısı yoxdur. Depozit qoyanda həmin məbləğdən götürülmür, qoyulan məbləğ ödənilir. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirdi ki, axırıncı ödənişi dekabr ayında olub. O, 2-3 ay işləyə bilməmişdir. Fevral ayının axırı o tələbkar ilə əlaqə saxlamış və işə başladığını, 400 manat pulu olduğunu və 400 manat verə biləcəyini bildirmişdir. Tələbkar isə 400 manat istəmədiyini, ***-**** manat ödəniş etməsini bildirmişdir. O, dekabr-yanvar ayında iş olmadığını, zəif olduğunu, ***-**** manat ödəniş etməyə imkanının çatmadığını bildirmiş, həmin ay 400 manat, növbəti ay da 400 manat verə biləcəyini demişdir. Lakin tələbkar onun bu təklifi ilə razılaşmamışdır. Tələbkar həmin məbləği götürsəydi, borcun yarısından çoxu ödənilmişdir. Onun Kapital banka borcu olmuş, tələbkar pulu götürmədiyi üçün banka olan borcunu ödəmiş və bitirmişdir. Keçən ay onun yaşadığı ərazidə polis bölməsinə yaxınlaşmışdır. O, özü rayonda işləyir deyə kiçik qardaşı orda iştirak etmişdir. O, qardaşının kart hesabına 300 manat pul atmış, 200 manatda qardaşı özü əlavə etmiş, ancaq tələbkar polis yanında pulu qəbul etməmiş, 500 manat istəmədiyini, pulunun hamısını verməsini istəmişdir. Bu ay 300 manat verə bilər, aylıq maaşı təxminən 500-600 manat olur. Onun 2 azyaşlı övladı var, dolanışığı da zəifdir. Hazırda hər aya 200 manat ödəməyə söz verir, hal-hazırda da 300 manat verə bilər. Onun işi mebel işidir, səhhəti ilə əlaqəli ağır işlərdə işləyə bilməz. Tələbkarda kartının nömrəsini istəmiş, ancaq tələbkar verməmişdir. O, hal hazırda 300 manatdan çox verə bilməz, 2 həftədən sonra 250-300 manat verə bilər. Ondan sonra aylıq verə bilər. Öhdəliyində də 2 azyaşlı uşaq var, sağlamlığı da daha artıq işləməyə imkan vermir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. X3 izahat verərək bildirdi ki, 4 il bundan qabaq Şəxs 3165 manat notarius qaydasında pul vermişdir. O, işindən-gücündən olmuş, hər dəfə gəlib getməyə 1000 manat əlavə xərc çəkmiş, ona ziyan dəymişdir. Məcbur olub 2022-2023 cü ildə Suraxanı Rayon Məhkəməsinə müraciət eləmişdir. X13 iddiani təmin edib.Sonra iş icraya verilib. Orada borclu gəlməyib, axtarışa verilib ki, bir müddət sonra Teymur Bayramov ona zəng edib. O, icra məmuru ilə tez tez əlaqə saxlayırmış, sonradan Teymur müəllim zəng edib şəxsi tutduqlarını demişdir. İcra məmuru borclunun ona hər ay 200 manat ödəniş etməsini demiş, ancaq o qəbul etməmişdir. Heç olmasa 1000 manat bəri başdan ödəniş eləsə, sonra hər ay 200 manat ödəyə bilər. Onlar razılaşmışlar və 6 ay ödəniş edilmiş, sonra növbəti 7-ci ay ödəməmişdir. Borclu mart aprel ayında ona zəng edərək kartını atmasını və 400 manat ödəniş edəcəyini demişdir, o isə bankdan pul götürdüyünü, heç olmasa 800 manat ödəniş etməsini bildirmişdir. O hər dəfə rayondan bura gəlir və ən azı 60 manat xərci çıxır. O borcluya uşağına görə,ailəsinə görə möhlət vermişdir. Hazırda ödəniş etsə belə qəbul etməyəcək, borclunun cəza çəkməsini istəyir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh Şəxs podrat müqaviləsi üzrə vurulmuş zərərə görə 3000 manat, müqavilənin bağlanılması üçün ödənilmiş 115 manat və ödənilmiş dövlət rüsumununa görə 50 manat olmaqla, cəmi 3165 manat məbləğində pulun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2644/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2644/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver