Məhkəmə qərarları › İş №3(010)-265/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-265/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-265/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, marketdə kassir işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə əsasən ondan cəmi 3430 manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulmuşdur. Həmin qətnaməyə dair icra sənədi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən ona icranı könüllü olaraq təmin etmək üçün vaxt verilmişdir. Şöbəyə dəvət olunsa da həmin ərəfələrdə o, maddi vəziyyəti ilə əlaqədar olaraq heç bir ödəniş edə bilməmişdir. Sonradan o, məhkəmə prosesi zamanı ilkin olaraq tələbkara 500 manat ödəniş etmiş, hazırda isə borcunu tam ödəməklə icra sənədini icra etmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, icra sənədi şöbənin icraatına xx xxxxxxx 2017-ci il tarixdə daxıl olmuş, müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qrum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu müxtəlif tarixlərdə şöbəyə dəvət olunaraq izahatı alınmış, lakin sonradan onunla əlaqə saxlamaq mümkün olmamışdır. xx xxxx 2020-ci il tarixdə icra sənədinin icrasını təmin etmək məqəsdi ilə borclu barəsində axtarış qərarı qəbul olunaraq icra olunması üçün Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Lakin sonradan borclu könüllü olaraq şöbəyə gəlmiş, izahatı alınarkən sonuncu maddi vəziyyətinin yaxşı olmadığını bildirərək borcunu birdəfəlik ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu səbəbdən icra sənədinin icrasına nail olmaq məqsədilə sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılarkən borcunu tam olaraq ödəmək niyyətində olduğunu bildirmiş, məhkəmə prosesi gedişi zamanı 3430 manat pul vəsaitini tələbkara tam şəkildə ödəmişdir. Bununla da borclu icra sənədi üzrə öhdəliyini tam olaraq icra etmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə əsasən Şəxs cəmi 3430 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldisə də, borclu ona olan borcunu ödəməməklə icra sənədinin icrasından yayınmışdır. Buna görə də o, ərizə ilə icra sənədinin icrasını həyata keçirən icra məmuruna müraciət edərək müvafiq tədbir görməsini xahiş etmişdir. Hazırda borclu ona olan borcunu tam şəkildə ödəmişdir. Buna görə də A.Y.Kazımova, borclu barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs cəmi 3.430 manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə ödəməli olduğu cəmi 3.430 manat məbləğində pul vəsaitini tələbkar X4 ödəmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə ödəməli olduğu cəmi 3.430 manat məbləğində pul vəsaitini tələbkar X4 tam ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-6730/2017 nömrəli qətnaməsinə dair icra sənədini tam icra etdiyindən borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar