Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2670/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyi X6, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyi X6, mülkiyyətində olan “BMC PROCİTY 12M CNG” avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 mart 2023-cü il tarixdə, saat 08:26-da Həsənbəy Zərdabi-Müzəffər Həsənov küçələrinin kəsişməsində (20 Yanvar dairəsində) yol nişanlarının tələblərinə riayət edilməməklə Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı, sorğu daxil olduğu gündən 05 gün ərzində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 təqdim etməmişdir. Buna görə də 13 aprel 2023-cü il tarixdə Bakı Nəqliyyat Agentliyi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Bakı Nəqliyyat Agentliyi X5 və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Bakı Nəqliyyat Agentliyi X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən Bakı Nəqliyyat Agentliyi X2 tabeliyində olan "xxxx" MMC-nə göndərilmiş sorğudan görünür ki, Bakı Nəqliyyat Agentliyi X1, mülkiyyətində olan “BMC PROCİTY 12M CNG” avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 mart 2023-cü il tarixdə, saat 08:26-da Həsənbəy Zərdabi-Müzəffər Həsənov küçələrinin kəsişməsində (20 Yanvar dairəsində) yol nişanlarının tələblərinə riayət edilməməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, eyni zamanda “Bakı Nəqliyyat Agentliyi X6 sorğunu rəsmi qaydada aldığı vaxtdan 05 gün müddətində tələb olunan məlumatları təqdim etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən və onun üzərindəki ştampdan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X3 sorğusu hüquqi şəxs Bakı Nəqliyyat Agentliyi X5 poçt vasitəsilə göndərilmiş və "xxxx" MMC tərəfindən sorğu qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Bakı Nəqliyyat Agentliyi X2 maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Bakı Nəqliyyat Agentliyi X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Nəqliyyat Agentliyi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2670/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2670/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver