Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2678/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə rəisi X2, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3814 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə rəisi X3 protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında səmimi olaraq əməlini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağı olduğunu bildirərək, inzibati qaydada məsuliyyətdən azad edilməsini xahiş etdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Suraxanı RPl-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Ruslan Həmzəyevin tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı RPl-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3814 saylı xx.xx.2024cü il rəyində göstərilmişdir ki, Şəxs müayinəsi zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan asılıllıq sindromu “NARKOMANİYA xəstəliyi” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal hesab edir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2678/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2678/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver