Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2689/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimov Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin məhkəmə iclasında, yəni 03 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə verərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və X1 ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 10 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2689/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2689/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver