Məhkəmə qərarları › İş №3(010)-2697/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2697/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2697/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin, polis mayoru X4, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1982-ci ildə Lerik rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, günəmuzd işləyən, Lerik rayonu Babakücə kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 24 iyul 2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə vətəndaş X2 nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru polis mayoru X6 izahatında protokola uyğun izahat verərək bildirdi ki, Sadıqzadə Pərvanə şikayət yazaraq bildirmişdir ki, onun keçmiş həyat yoldaşı Sadiqov Eldar onu mütamadi təhqir edir, əxlaqsız qadın kimi adlandırır, bununla bağlı Şəxs şöbəyə dəvət olunmuş, inzibati iş başlanılmışdır. Ona görə də Şəxs İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuş, barəsində tədbir görülməsi üçün Suraxanı rayon məhkəməsinə dəvət olunmuşdur. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, P.Sadıqzadənin onun haqqında dedikləri hamısı şayiədir. 5 ildi boşanmışlar, onun heç ünvanına getmir. Oğlu saat 1-2 radələrində zəng eledi ki, ”evdə təkəm,sonra saat 2 idi qızım zəng eledi ki, anam evdə yoxdur,qorxuram”. O bunu heç kimə deyə bilməmiş, özü getmişdir. P.Sadıqzadənin onun haqqında dediyi şeylər həqiqətə uyğun deyil. Əslində onlara gəlməməyi, uşaqları görməmək prinsipi ilə 102-yə dəfələrlə məlumat vermişdir. Ayın 18-də onun haqqında yalan məlumat verdiyi üçün intihara cəhd etmişdir. 1 nömrəli şəhər poliklinikasında onu yenidən həyata qaytarıblar. O, 3-cü qrup əlil olduğunu, vəsiqəni 2000-ci ildə aldığını, bu aydan 180 manat məbləğində pensiya aldığını bildirmişdir. O, pulu özünə, dərmanlarına xərcləyir. P.Sadıqzadənin ona təhqiramiz sözlər yazıb, sübutlar hamısı onun telefonunda var. Bir dəfə Suraxanı rayonu Polis bölməsində uşaqları ona təhvil vermiş, 2 ay başqa oğlanla yaşamış, 2-ci dəfə ayrılmışdır. O, uşaqlarla evdə qalırdı, amma xanım 2-ci defe ailə heyatı qurmuşdur. O, telefonda tənqidi sözlər işlətmiş ,amma təhqir etməmişdir. Uşağa dedi ki, telefonunu gətir, ona şər-böhtan yazmaq üçün telefonu verməmişdir. O, heç bir xəsarət yetirməmiş, təhqir etməmiş, yalnız tənqidi sözlər işlətmişdir. Yəni bundan sonra uşaqlar zəng etsə də onlara getməyəcək, həmin ünvana da getməyəcək, telefonla zəng gəlsə belə açmayacaq. Qeyd etdiklərinin nəzərə alınmasını və cərimə növündə cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, o, 14 ildir ki, Şəxsla ailəli olmuş, onun bu əməllərindən bezmiş, onu təhqir etməsindən, təhqiramiz sözlər deməsindən bezmiş, onu Whatsappda blok etmişdir. Qızının 14 yaşı var, onun təhqiramiz sözləri, davranışları qızına da mənfi təsir edir. Şəxs hər gün qızının telefonuna, ona təhqiramiz sözlər yazır, bütün bunlar qızına psixoloji təsir edir. O, gecə-gündüz təmizlik işində işləyir, qızının telefonunu da yoxlayanda bunlarla qarşılaşır. Şəxs ona qarşı əxlaqsız sözlər işlədir, ona şər ataraq narkotik istifadə etdiyini deyir, onun əlindən özünü öldürmək həddinə gəlib çıxıb. Onun dediyi sözlərə dair sübutları da var. O, Eldardan boşanmış, dövlət də uşaqları onun himayəsinə vermişdir. O, elə də əxlaqsız biri deyil ki, tez-tez təhqiqatçını narahat etsin. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar mövcud deyil, yüngülləşdirən halllar olaraq onun 3-cü qrup əlil olması nəzərə alınır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halını və ağırlaşdıran halının olmamasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 17:50-dən tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən saat 17:50-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar