Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-27/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli “X9 haqqında” qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X2 rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X9 Haqqında qərardan məhkəməyə şikayət verərək, Bakı şəhəri, 31-ci polis bölməsinin rəisi X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 ərizəsində gösərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri 31-ci polis bölməsinin rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli X9 haqqında qərar qəbul edilmişdir. O, həmin qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarın surəti ona təqdim edilməmiş və bu barədə rəsmi şəkildə məlumatlandırılmamışdır. Belə ki, polis əməkdaşı barəsində protokol tərtib edən zaman ona müvafiq icazəsinin olduğunu bildirərək, bununla bağlı kağız daşıyıcıdakı müvafiq icazə sənədini sonuncuya təqdim etmiş, polis əməkdaşı isə icazələrin yoxlanılması sistemində müvafiq icazənin olubolmamasını onlara təhkim edilmiş texniki vasitələrlə yoxlaya biləcəyini qeyd etmişdir. Lakin həmin texniki vasitə ilə yoxladıqdan sonra polis əməkdaşı ona bildirmişdir ki, icaze.e-gov.az portalında icazəsi aktivləşdirilməyib. O, təkrarən kağız daşıyıcıdakı müvafiq icazə sənədini polis əməkdaşına təqdim edərək bildirmişdir ki, icaze.e-gov.az portalında icazəsinin aktivləşdirilməməsində onun heç bir təqsiri yoxdur, yəni bu onun səlahiyyətində deyil, lakin polis əməkdaşı onun dediklərinə əhəmiyyət verməyərək barəsində inzibati protokol tərtib etdi, o isə həmin protokolu imzalamaqdan imtina etmişdir. O, sahibkar olduğu üçün zəruri işlərin yerinə yetirilməsi ilə bağlı xüsus karantin dövründə ölkə ərazisində mütəmadi olaraq həmin icazə sənədi əsasında heç bir çətinliklə üzləşmədən hərəkət etmişdir. İnzibati xətanın törədilməsini inkar etdiyinə görə protokolda qeyd edilən inzibati xətanı törətməyinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Bundan başqa onun ölkə ərazisində sərbəst fəaliyyətinə imkan verən icaze.e-gov.az portalında xx xxxxxx 2020-ci il tarixdən aktiv icazəsi olmuşdur. O sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, barəsində X9 haqqında qərar tərtib edilən günə, yəni xx xxxxxx 2020-ci il tarixə maneəsiz hərəkətinə icazə verilmiş və bununla bağlı icaze.egov.az portalında müvafiq sənədi olmuşdur. Barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli X9 haqqında qərar yaşadığı ünvanına rəsmi qaydada göndərilmədiyi üçün, eyni zamanda bu barədə məlumatlandırılmadığı üçün xx xxxxxx 2020-ci il tarixdə o, özü 31-ci polis bölməsinə müraciət etdikdən sonra elə həmin tarixdə də qərarın surətini polis bölməsindən rəsmi olaraq almışdır. Qeyd olunanlara əsasən MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana və ərizəçiyə şikayətə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi və ərizəçi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin və ərizəçinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yöz manatdan dörd yöz manatadək məbləğdə, vəzifəli şəxslər öc min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu ərazisində icazəsiz hərəkət etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan müəyyən olunur ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarla X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü, Şəki “üç qardaş” şirniyyat sexində sürücü vəzifəsində işləyən X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Bakıl şəhəri və digər rayon və şəhərlərdə sərbəst hərəkəti üçün (ölkə ərazisi üzrə) icazəsi var. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin İnzibati Tənbeh Vermə Haqqında iş üzrə xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X6 barəsində xx.xx.2020-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol xx.xx.2020-ci il tarixdə tərtib edilib. Məhkəmə qeyd edir ki, göstərilən hallar X1 qaydalarını pozmadığını və ona verilmiş ezamiyyə sənədinin qüvvədə olduğu müddətdə yəni, xx.xx.2020-ci il tarixdə yaşayış yerini tərk etdiyi müəyyən edilir. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-27/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-27/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver