Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-27/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, xx.xx.1961-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" X3 direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 20 dekabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin Qərardan görünür ki, 20 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 2-3-4-cü sağ ayaq barmaqlarının yerdəyişmiş sınıqları diaqnozu ilə Respublika Travmatologiya və Ortopediya İnstitutuna gətirilməsi barədə Suraxanı RPİ-nin 32-ci PB-nə məlumat daxil olmuş və araşdırma aparılması üçün material aidiyyəti üzrə Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Aparılan araşdırma nəticəsində xx xxxxxx 1961-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan "xxxx" X3 direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər Suraxanı rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 21 sentyabr 2021-ci il tarixli, 17/877 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər sağ ayaq pəncəsinin İİ-İİİ-İV daraq sümüklərinin yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 14 iyul 2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 09 mart 1998-ci il tarixli texniki pasportdan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəbirstanlığında yerləşən Məzar daşı düzəltmə emalatxanası "xxxx" X4 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" X2i təmsilçilik funksiyasına malik direktoru vəzifəsini 18 mart 2021-ci il tarixdən etibarən X8 icra edir. Həmin qərar ilə "xxxx" X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış hüquqi şəxs "xxxx" İstehsalatKommersiya Firmasının nümayəndəsi və vəkili X7 şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin "xxxx" X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində ilə 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair 03 noyabr 2021-ci tarixli, 3(010)-1378/2021 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış hazırki material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına dair rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 1961-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan "xxxx" X3 direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi qəbirstanlığında yerləşən Məzar daşı düzəltmə emalatxanası "xxxx" X4 məxsusdur və "xxxx" X2i təmsilçilik funksiyasına malik direktoru vəzifəsini 18 mart 2021-ci il tarixdən etibarən X8 icra edir Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 20 dekabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-27/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-27/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver