Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-27/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru Orxan Həsənovun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) Vəkil2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş 06 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Eldar Rəhimovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 01 dekabr 2023-cü il tarixli qərarından görünür ki, 03 noyabr 2023-cü il tarixdə ünvan 1-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs Şəxs ilə 2022-ci ildə ailə həyatı qurduğunu, sonuncunun onu dəfələrlə döyüb xəsarət yetirdiyi barədə müraciəti 32-ci polis bölməsinə daxil olmuş və “cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 1175 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 03 noyabr 2023-cü il tarixdən icraata qəbul edilmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanında bir il öncə ailə həyatı qurduğu Şəxs ilə birlikdə yaşayır. Şəxs onunla ailə həyatı qurduqdan sonra mütəmadi olaraq onu döysə də, o, ailənin dağılmaması üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Buna baxmayaraq Şəxs onu yaşadıqları evdə yola vermədiyindən onu döydüyünə görə çıxıb ata evinə getmişdir. Hal-hazırda valideynlərinin yanında yaşayır. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Vəkil2 Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində dindirilmiş Şəxs bildirmişdir ki, ilk növbədə qeyd edir ki, inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətmiş şəxsin təqsiri ilk növbədə sübut edilməli olan hallardır. İş üzrə materiallarla tanışlıq zamanı müəyyən edilir ki, sübutlar siyahısında tərəflərin izahatları, ekspertiza rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və inzibati xəta hadisəsinə dair protokol mövcuddur. O, xx.xx.2023cü il tarixində verdiyi izahatında qeyd edir ki, inzibati xəta hadisəsinə heç bir aidiyyəti yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində öz izahatında onun döydüyünü iddia edir. Eyni zamanda maraqlı məqam odur ki, hadisənin şahidlərinin olmadığını vurğulayır. Digər maraqlı hal odur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində döyüldüyünü iddia etsə də, polisə 1 aydan sonra xx.xx.2023-cü il tarixində müraciət edir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin hadisədən 1 ay sonra polisə müraciət etməsinin səbəblərinə dair ifadəsi ağlabatan görsənmir və hər bir halda təqsirliliyi şübhə altına alan hal kimi qiymətləndirilməlidir. Ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, zərərçəkmiş şəxsin xəsarətləri 2-6 həftəyə təsadüf edə bilər. Bu yanaşma özü qeyrimüəyyəndir. Belə ki, hadisə 2 oktyabr tarixində baş veribsə və bundan 1 ay sonra şəxs müayinə olunursa, bu xəsarətlərin hansı şəraitdə, kim tərəfindən yetirilməsi şübhə doğuran məqamlardandır. Eyni zamandan ekspertin qarşısında xəsarətlər zərərçəkmiş şəxsin özü tərəfindən yetirilibmi sualı qoyulmamış, buna dair ekspert rəyində açıqlama verilməmişdir. Ekspert rəyində xəsarətin alınmasının dəqiq tarixinin deyil, yalnız təxmini tarixin müəyyən edilməsi təqsirliliyi şübhə altına alan digər məqamdır. Ekspertiza rəyindən də görünür ki, nevroloq-həkim tərəfindən zərərçəkmiş şəxsə psixiatrın konsultasiyası tövsiyə edilmiş və Zərərçəkmiş şəxs F45.3 diaqnozu qoyulmuşdur. X1 tərəfindən təsdiq edilmiş xəstəliklə və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında (XBT- 10) F45.3 diaqnozu psixi pozğunluqlar və davranış pozğunluqları (F00–F99), stresslə bağlı və somatoform nevrotik pozğunluqlar (F40–F48) F45 somatoform pozğunluq. Zərərçəkmiş şəxsə qoyulmuş xəstəliyi barədə diaqnoz məlumatları niyə qabartmaq istədiyimi açıqlamaq istəyir. Müxtəlif resurslarda olan somatoform pozğunluqla bağlı elmi məqalələr və araşdırmaların nəticələrindən görünür ki, sözügedən diaqnoz qoyulmuş xəstələr, əsassız ağrılardan şikayət edir. Bununla bağlı, müxtəlif səhiyyə müəssisələrinə müraciət etsələr də, onlarda heç bir xəstəlik aşkar edilmir. Məhkəmə özü də bu xəstəliyin təzahür formaları və simptomlarına dair rəsmi mənbələrdən məlumatlar alsa idi, zərərçəkmiş şəxsin döyülmə iddialarına da aydınlıq gətirmiş olardı. Ekspertiza rəyinin təsviri hissəsində qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizadan keçirildi. Müayinə olunanın deməsinə görə təxminən 1 ay əvvəl həyat yoldaşı Şahmar evdə qapı açarı, yağ bıçağı, əllə və təpiklə bədəninə zərbələr vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, təxminən bu hadisədən 10 gün sonra işdə halı pisləşib və yerə yıxılıb. Ertəsi gün DTX-nin Hərbi Hospitalına müraciət etmişdir. Şikayətləri başında olan bir qədər ağrıdandır. Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, zərərçəkmiş şəxsin 9 həftəlik inkişafdan qalmış hamiləlik olmuşdur. Lakin təqdim edilmiş tibbi sənədlərdə hər hansı bir xəsarətin obyektiv əlamətləri qeyd edilmədiyindən, eləcə də özünün müayinəsi zamanı qarın nahiyyəsindən xəsarət və ya xəsarət izləri aşkar edilmədiyindən həmin diaqnozun travmatik mənşəli olması barədə fikir söyləmək mümkün olmur. Bundan belə aydın olur ki, hadisədən 1 həftə sonra zərərçəkmiş şəxs həkimə müraciət edib və ekspert həmin sənədlərdə heç bir xəsarət aşkar etmədiyini qeyd edir. Lakin zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı ifadə verərək qeyd edir ki, o, zərərçəkmiş şəxsin başına açarla, qarnına təpiklə zərbələr endirib, başını divara vurub. Əgər bu xəsarətlər zərərçəkmiş şəxsə yetirilmişdirsə onda niyə bununla bağlı tibbi sənədlərdə (DTX Hərbi Hospitalında müayinədən) hansı ki, ekspert özü də həmin sənədlərə istinad edir, bu xəsarətlər yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil1 Şəxs dediklərini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs atası, Şəxs isə qaynatasıdır. 02 oktyabr 2023-cü ildə saat 06:00 radələrində qızı evlərinə zəng vurmuş və telefonu həyat yoldaşı götürmüşdür. Gördü ki, aralarında olan söhbət qızının şikayəti əsasında gedir. Bu zaman o, oyanaraq nə baş verdiyini soruşmuşdur. Həyat yoldaşı dedi ki, qızı ilə Şəxs arasında səhərə qədər mübahisə, dava dalaş olub, qızı pis vəziyyətdədir, bu səbəbdən getdilər qızının evinə. Evinə gəldikdə gördülər ki, qapı açıqdır və qızı evdə təkdir. Sonradan Şəxs, qardaşı və anası gəlmişlər. Keçdilər həyat yoldaşı və qızının qaynanası qızını ayağa qaldırdılar. Gördülər ki, Zərərçəkmiş şəxs bədənin müxtəlif yerlərində göyərmə izləri var. Şahmardan səbəbini soruşduqda heç bir şey deyə bilmədi. Qızı demişdir ki, qonşular səhərə qədər davaya görə evin tavanını döyüblər. Barışdırmağa cəhd göstərsə də, xeyri olmadı. Zərərçəkmiş şəxs şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs anası, Şəxs isə qaynanasıdır. 02 oktyabr 2023-cü ildə evdə olarkən evə zəng gəlmiş, zəng edən isə qızı idi. Qızı demişdir ki, Şahmar onu gecə döymüş, qonşular isə səs küyə görə evin tavanını döymüşlər. Qızı demişdir ki, tez gəlsin yanına. O, da demişdir ki, Şahmarın anasına xəbər versin, onunla birlikdə gəlsin. Qızının qaynanası dedi ki, gələcəklər Şahmar gilin evlərinə o, da yoldaşı ilə gəlsin. Evə daxil olarkən gördü ki, qızın halı pis olduğundan uzanıb. Sonradan Şahmar, anası və qardaşı gəlmişlər. Gördü ki, qızının ayağında, boynunda döymə izləri, qollarında isə deşilmiş yaralar vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 noyabr 2023-cü il tarixli 990 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində sağ saidin, sağ budun depiqmentasiya sahələri kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən depiqmentasiya sahələri sıyrıq izləri olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, alınma müddətləri müayinədən 2-6 həftə əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs 9 həftəlik inkişafdan qalmış hamiləlik olmuşdur. Lakin təqdim edilmiş tibbi sənədlərdə hər hansı bir xəsarətin obyektiv əlamətləri qeyd edilmədiyindən, eləcə də özünün müayinəsi zamanı qarın nahiyəsində xəsarət və ya xəsarət izləri aşkar edilmədiyindən həmin diaqnozun travmatik mənşəli olması barədə fikir söyləmək mümkün olmur. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ilə, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə, tərəflərin iş materiallarında olan izahatları, ekspert rəyi, məhkəmə iclasında verilən ifadələr və digər sənədlər ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən « Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-27/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-27/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver