Məhkəmə qərarları › İş №3(010)-270/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-270/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-270/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs – Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X6 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi Məhəmməd X1 barəsində xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və cərimə məbləğinin geri qaytarılması ilə bağlı Suraxanı rayon prokurorunun protestinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi Məhəmməd Əhmədbəylinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında verilib. Suraxanı rayon prokuroru göstərilən qərardan protest verərək onun ləğv olunmasını və ödənilmiş 100 manat miqdarında cərimənin dövlət büdcəsindən X7 qaytarılmasını xahiş etmişdir. Protestdə qeyd olunur ki, Suraxanı RPİ-nin 32-ci PB-nin polis sahə inspektoru, polis mayoru Rəşad Əliyevin xx xxxxxx 2021-ci il tarixli protokolu ilə X9 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasında təqsirli bilinmişdir. Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Məhəmməd Əhmədbəylinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X7 cərimə növündə inzibati tənbeh verilmişdir. X8 rayon prokurorluğuna müraciət edərək onun oğlu Vüqar Ruhaninin qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyini, oğlunun psixi xəstə olduğunu, psixi xəstəliyinə görə oğlunun İİ qrup əlilliyinin müəyyən edildiyini bildirmiş, oğlunun barəsində qəbul edilmiş inzibati tənbeh verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Günel Rüstəmova rayon prokurorluğuna verdiyi izahatında həmçinin bildirmişdir ki, oğlu X13 RPİ-nin 32-ci PB-nə aparıldığı üçün o, məcbur olub oğlunun barəsində tətbiq edilmiş 100 manat məbləğində cəriməni dövlət büdcəsinə ödənilməsi üçün polis əməkdaşına vermişdir. Günel Rüstəmovanın müraciəti əsasında Suraxanı RPİnin 32-ci PB-də toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialı tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, inzibati iş üzrə icraat zamanı qanunsuz və əsassız olaraq X4 barəsində inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X9 barəsində tətbiq edilmiş 100 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. Belə ki, Günel Rüstəmovanın rayon prokurorluğuna təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, Vüqar Ruhani psixi xəstədir, ona “orta dərəcəli əqli gerilik, debillik dərəcəsində kəmağıllılıq, nəzərə çarpan psixopatabənzər davranışlar” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, barəsində inzibati tənbeh verilmiş şəxs Vüqar Ruhani psixi xəstədir, öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin nəticələrini dərk etmir. Belə olan halda onun barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi qanunsuzdur. Rayon prokurorluğunda aparılan araşdırma zamanı toplanmış sənədlərin surətlərindən görünür ki, X9 İİ qrup əlildir, heç bir yerdə işləmir, psixi xəstəliyinə görə orta təhsil ala bilməmişdir. Suraxanı rayon prokurorunun köməkçisi X5 işin məhkəmə baxışı zamanı protestdə göstərilənlərə uyğun məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs – Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X10 həm inzibati xəta haqqında protokolu, həm də inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı sayır. Qeyd edir ki, X9 İİ qrup əlil olduğuna baxmayaraq tamamilə anlaqlıdır. O, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla cərimə olunmuşdur. X9 və sonuncunun valideyni verilmiş qərarla razılaşaraq dövlət büdcəsinə 100 manat miqdarında cərimə ödəmişlər. Göstərilənlərə əsasən protestin təmin olunmamasını xahiş edir. Proses iştirakçılarını dinləyib, toplanmış materialı nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, protest qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, X9 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (orta dərəcəli əqli gerilik debillik dərəcəsində kəmağıllıq, nəzərə çarpan psixopatabənzər davranışla) diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu səbəbdən onda müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilib. İşin faktik hallarından görünür ki, bu hal inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsinin tələbləri baxımından araşdırılmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin işə buraxılmasının mövcud vəziyyətdə olub-olmaması məsələsinə qiymət verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın nəticəvi hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq edildiyi göstərilmiş, lakin cərimənin məbləği qeyd olunmamışdır ki, bu da Azərbaycan Respublikası İXM-nin 115.1.5-ci maddəsinin mahiyyət etibarilə tələbinə ziddir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon prokurorunun protesti qismən təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar