Məhkəmə qərarları › İş №3(010)-271/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-271/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-271/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs, xx xxxxxx 1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəncəvi küçəsi, 10 nömrəli evin 1111A nömrəli mənzilində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 23:30 radələrində, sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E240” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Babək prospekti ilə hərəkətdə olarkən araməsafəsi qaydalarını pozduğuna görə özündən qarşıda, eyni istiqamətdə hərəkət edən “Chevrolet Cruze” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə maddi zərər vurulmuşdur. Buna görə də xx xxxxxx 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair tərtib olunmuş protokolun və ona əlavə edilmiş materialların baxılmadan qaytarımasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun xx xxxxxx 2021-ci il tarixli, 096-2578-1221 saylı vəsatəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılmasını istəmədiyinə görə həmin inzibati xəta haqqında material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 52 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Polisi İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar