Məhkəmə qərarları › İş №3(010)-271/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-271/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-271/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 müdafiəçisi Vəkil, Başı şəhər Baş Polis İdarəsi X22 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin hüquqşünası X10 iştirakları ilə, Bakı şəhəri X23 İdarəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı X18 haqqında qərardan X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X23 Şöbəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı X18 haqqında qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X12 şikayət verərək həmin qərarın xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində 10-00 radələrində Bakı Hava Limanından Zığ qəsəbəsi istiqamətində Beton avtomagistiral yolla hərəkətimi davam etdirərkən onun idarə etdiyi 99OL189 dövlət nömrə nişanlı “Mazda”markalı avtomobilin yolun sağ kənarına yaxın, lakin yolun hərəkət hissəsində körpünün üzərində yolda təmir və ya başqa işin görülməsi ilə bağlı hər hansı xəbərdaredici siqnal, təhlükəsizlik üçbucağı, digər işarədən istifadə etmədən dayanmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”1 nömrəli xüsusi təyinatlı yol istismarı” MMC-yə məxsus DAZ markalı 10PC516 dövlət nömrə nişanlı avtomobillə arxa hissəsindən toqquşması nəticəsində yol-qəza hadisəsi törənmişdir. Buna baxmayaraq hadisə yerinə gələn Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru polis baş X2 onun günahı olmamasına baxmayaraq heç bir əsas olmadan onun barəsində əsassız və qanunsuz protokol tərtib etmişdir. Tərtib olunmuş protokol əsasında barəsində çıxarılmış TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Buna qədər o, dəfələrlə Bakı şəhəri DYPİ-də olaraq barəsində tərtib olunmuş qərarı və hadisə yerinin videogörüntüsünü tələb etsə də DYPİ-nin əməkdaşları qərarı və hadisə yerinin videogörüntüsünü ona təqdim etməmişlər. Həmin qərardan görünür ki, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətdiyimə görə təqsirli bilinərək 40 manat məbləğində cərimə etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada icraatın iştirakçılarına rəsmi qaydada verilir. Qərar Bakı şəhəri DYPİ-dən ona göndərilməmiş, yalnız onun müraciətindən sonra xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. O, hesab edir ki, barəsində tərtib olunmuş protokol və qərar əsassız və qanunsuz olmaqla barəmdə səhv tərtib edildiyindən həmin qərara xitam verilməlidir. Göründüyü kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”1 nömrəli xüsusi təyinatlı yol istismarı” MMC-yə məxsus UAZ markalı 10PC516 dövlət nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsində körpü üzərində dayanması, Yolda təmir və ya hər hansı bir işin görülməsi ilə bağlı hər hansı xəbərdaredici siqnal, təhlükəsizlik üçbucağı, digər işarədən istifadə edilməməsi halları araşdırılmadan mənim hadisədə günahkar olmağı barədə qərar qəbul edilmişdir Həqiqətə nail olmaq üçün məhkəmə işin bütün zəruri hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq məqsədi ilə iş üzrə ekspertiza təyin etməklə, həqiqəti üzə çıxara bilər. Beləliklə, hesab edir ki, Bakı şəhəri DYPİ-nin polis baş X1, barəsində tərtib etdiyi TP ******* saylı, xx.xx.2023-ci il tarixli, X18 Haqqında qərarına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Göründüyü kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”1 nömrəli xüsusi təyinatlı yol istismarı” MMC-yə məxsus UAZ markalı 10PC516 dövlət nömrə nişanlı avtombilin yolun hərəkət hissəsində körpü üzərində dayanması, Yolda təmir və ya hər hansı bir işin görülməsi ilə bağlı hər hansı xəbərdaredici siqnal, təhlükəsizlik üçbucağı, digər işarədən istifadə edilməməsi halları araşdırılmadan mənim hadisədə günahkar olmağı barədə qərar qəbul edilmişdir Həqiqətə nail olmaq üçün məhkəmə işin bütün zəruri hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq məqsədi ilə iş üzrə ekspertiza təyin etməklə, həqiqəti üzə çıxara bilər. Beləliklə, hesab edir ki, Bakı şəhəri DYPİ-nin polis baş X1, barəsində tərtib etdiyi TP ******* saylı, xx.xx.2023-ci il tarixli, X18 Haqqında qərarına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 izahatında şikayətə uyğun izahat verərək göstərdi ki, o, təxminən 150 metr məsafədə olarkən qarşıda “VAZ” markalı avtomobili görsə də, onun dayanmış vəziyyətdə olduğunu təsəvvür etməmiş, qarşıda yanacaq doldurma məntəqəsi olduğundan sağa doğru istiqamətlənib oradan sağa dönməyi nəzərdə tutmuşdur. Buna görə də orta xətlə sağ xəttin arasında getmiş olduğunu və qarşıdakı maşının də getdiyini zənn edib sürətini aşağı salmamışdır. Bir anlıq qəza zamanı dəydiyini görmüş, dəydikdən sonra orada işləyən adamların olduğunu bilmişdir. Həmçinin xəbərdaredici nişanların da qoyulduğunu görməmiş, yəni irəlidə təmir-tikinti işlərinin aparılması ilə əlaqədar heç bir nişan, konus, qəza işıqları ilə xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 müdafiəçisi Vəkil izahatında bildirdi ki, şəxs barəsində qərar qanunsuz qəbul edilmişdir. 8 dekabr tarixində avtomobil beton yolda hərəkət edən zaman körpünün üzərində heç bir siqnal, qəza işıqları istifadə etmədən dayanmış, arxadan gələn avtomobil toqquşaraq, qəza hadisəsi yaranmışdır. Avtomobil yolun hərəkət istiqamətində olub və heç bir tədbir görülməmişdir. Hadisə xx.xx.2023-cü ildə saat 10.00-da baş verib. xx.xx.2023-cü il saat 09.30-10.00 saatlarında yolun hərəkət hissəsində avtomobil hərəkətsiz vəziyyətdə dayanmışdır. Şəxs barəsində qərar qanunsuz qəbul edilmişdir. 8 dekabr tarixində avtomobil beton yolda hərəkət edən zaman körpünün üzərində heç bir siqnal, qəza işıqları istifadə etmədən dayanmış, arxadan gələn avtomobil toqquşaraq, qəza hadisəsi yaranmışdır. Avtomobil yolun hərəkət istiqamətində olub və heç bir tədbir görülməmişdir. Hadisə ilə bağlı polisdən əldə edilmiş video-görüntüdən də görünür ki, qarşıdan gələn avtomobillər var. Nişanələr orada olsa idi, Rical o konusları dağıtmazdı. “VAZ” markalı avtomobil digər tərəfdə idi, sonradan düzülüb. Hadisədən qabaq konus olsa, idi, konuslar dağılmazdı. Video hadisədən bir qədər sonra çəkilib. Hadisədən qabaq olsa idi, Ricalın maşını dəyməməli idi. Zolağı və zolağın kənarlarını bağlamalı idilər. Sayrışan işıq da yoxdur. Yol Polisinə məlumat verilməli idi və onlara şərait yaratmalı idi. Yolun təhükəsizliyi təmin edilmədən körpünün üzərində dayanmaq olmaz. Yolun ümumiyyətlə “çiyin” adlanan hissəsi yoxdur. Avtomobil ümumiyyətlə hərəkət hissədə dayana bilməz. Dövlət Avtomobil müfəttişliyi tərəfindən araşdırma edilməmişdir. Əsas olaraq yolun təhülkəsizliyi təmin edilməmiş, buna əvvəl də dediyi kimi konusların olmaması, sayrışan işıqların olmaması aiddir. Odur ki, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 barəsində X18 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin hüquqşünası X13 izahatında hadisə ilə bağlı bildirmişdir ki, sürücünün şam ağaclarını görərək, orta hissəyə keçdiyini, orta xətlə gələrkən anidən sağa keçərək dayanmış vəziyyətdə olan “VAZ” markalı avtomobili vurduğunu, hadisə yerində işləyərkən cəmiyyətin nizamnaməsi ilə hərəkət etdiklərini, sıxlıq olmaması üçün də Polis İdarəsinə məlumat verdiklərini, bütün lazımi qurğuların və işarələrin quraşdırdıqlarını bildirmişdir. Əlavə olaraq, bildirir ki, DYP-nin sxemi vardır və oradan da görsənir ki, idarəetməni Rical bəy itirir. Sağdan gələn UAZ sol arxasına toxunur. Necə ola bilər ki, konusa toxunsun. Nəqliyyat vasitəsinin körpüdə dayanmasına icazə yoxdur. Yol Nəqliyyat haqqında qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanmaq olmaz. Arxadan vursa, idi. Arxadan dəyərdi. Soldan gəlib, sağa dönüb, idarəetməni itirib. Rical bəy özü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına deyib ki, başı telefona qarışmışdı. Ortadan gəlib və idarəetməni itirib. Divara və UAZ-a zərər dəyib. Zərər aktına əsasən, bu müəyyən edilir. Konusu yerindən tərpədib. Bundan başqa inzibati xəta protokol tərtib edilmiş X7 barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilsə də, həmin maddə onların mülkiyyətlərinə dəymiş olan ziyanı əhatə etmir. Belə ki, bu məsələ ilə bağlı İXM-nin 232-1ci maddəsinin tərkibi ola biləcək hallar mövcuddur. Lakin, inzibati xəta törətmiş şəxsin əməlində cinayət tərkibi vardır. Belə ki, onun əməlində CM-nin 186 və yaxud 187-ci maddəsinin tərkibi mövcuddur. Bundan başqa şikayətçinin şikayətdə bildirmişdir ki, avtomagistralda maşın saxlamaq və yolun hərəkət hissəsində maşın saxlamaq olmaz. Buna cavab olaraq bildirir ki, X8 tələblərindən də görünür ki, istisna hallar mövcuddur ki, avtomobillər təmir-tikinti işləri zamanı dayana bilərlər və 3 zolaqlı yollarda və yaxud avtomagistral yollarda buna yol verilir. Bundan başqa inzibati xəta törətmiş şəxsin əməli ictimai təhlükəli əməl hesab edilməli, belə ki, orada işləyən insanlar var idi, həmin insanlar həmin hadisə ilə bağlı olaraq xəsarət almaq ehtimalları mövcud idi. Məhkəmə iclasında Başı şəhər Baş Polis İdarəsi X22 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin tam olaraq əsassız olduğunu, inzibati xəta törətmiş şəxsin qarşıda dayanmış “VAZ” markalı avtomobili görmüş, lakin dayana bilməyərək qəza törətmiş olduğunu, vermiş olduğu izahatından da aydın olur ki, o, təhlükəsizlik nişanlarını görmüş olduğunu, bununla bağlı İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş olmasını, lakin həmin hadisə ilə bağlı cinayət tərkibi olmamasını, şikayətin tamamilə əsassız olduğundan təmin edilməməli olduğunu və qərar dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında magistral yolda hərəkətin 3 istiqaməti olduğunu, 100-150 metr məsafədən yola konusların düzüldüyünü, o, usta və fəhlədən ibarət olmaqla, 3 nəfər olduqlarını, divardan qopan mərməri bərpa etdiyini, 2-3 saniyəyə səs olduğunu, həmin hadisənin anidən baş vermiş olduğunu, maşın divara dəyərək, arxası qopmuş olduğunu, qəza edən sürücünün orta istiqamətdə gələrək dəymiş olduğunu, maşının fırlanaraq durduğunu, hadisə zamanı bütün konusların yerində olduğunu, həmin konusları iş yoldaşı olan Pərviz və onun tərəfindən düzülmüş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında təxminən 10-15 dəqiqə aralığında həmin yerə gəldiklərini, Qiyas Ələsgərov, sürücü Elmar Paşayev və o həmin yerə getdiklərini, konusları 10 metrdən az məsafədə 3-4 metrdən bir düzdüklərini, işlədikləri “VAZ” markalı avtomobilin sağında durmuş olan zaman qəza edən avtomobil “VAZ” markalı avtomobilin solundan vuraraq fırlanmış olduğunu, həmin zaman hadisə yerinin görüntülərini çəkərək sahə rəisinə göndərmiş olduğunu, hadisə yerinə polisin tez bir zamanda gəldiyini, hadisə zamanı palçıq qatışdırdıqlarını, ani baş vermiş olan hadisənin səsinə eşitmiş olduğunu və həmin zaman “VAZ” markalı avtomobilin fırlanmış olduğunu gördüyünü, hadisə zamanı sürücünün əlində qan, başında çapıq olduğunu gördüyünü, qəza törətmiş olan sürücünün 2-ci xətlə hərəkət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında X11 izahatında ayın 18-də Zığ beton yolunda körpünün üstündə işlədiyi zaman qəza törətmiş sürücünün ikinci zolaqla gəldiyini, 100 metr məsafədə işarələri düzdüklərini, cəmi 48 ədəd konus düzdüklərini, konularının məsafəsinin 2.5-3 metr olduğunu, hadisə zamanı həmin sürücünün 2-ci zolaqla hərəkəti zamanı dayanmış olan “VAZ” markalı avtomobili soldan vurduğunu, həmin zaman sürücüyə yaxınlaşdığını və baş nahiyəsinin qanamış olduğunu gördüyünü, həmin gün orada işləməkləri ilə bağlı təlimatı idarə rəisləri olan Etibar müəllimdən aldıqlarını, orada dayanmaq olub-olmadığını bilmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını və şahid ifadələrini dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 dekabr 2023-cü il tarixli TP ******* saylı X18 haqqında elektron qərardan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş araməsafəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan X12 tərəfindən Bakı şəhər BPİ-nin DYPİ-nə vermiş olduğu izahatdan görünür ki, o, idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı, “Mazda CX-9” markalı minik avtomobili ilə Bahar yol istiqamətinə girərək yol kənarında dayanmış “VAZ 390942” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədən vurmuş, təhlükəsizlik nişanı düzgün məsafədə qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X19” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “X19” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X12 tərəfindən verilmiş şikayət əsassızdır, belə ki, həm məhkəmə iclası zamanı tərəflərin izahatlarından, həm şahid ifadələrindən, həm də inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 Bakı şəhər BPİ-nin DYPİ-nə vermiş olduğu ilkin izahatdan görünür ki, onun ifadəsi ilə vermiş olduğu şikayətin əsasları arasında kəskin ziddiyyət yaranmaqla, törətmiş olduğu qəzada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin yolda təmir-tikinti işlərinin aparılması ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilməməsinə dair əsaslar gətirsə də, həmin əsaslar istər məhkəmə iclası zamanı tədqiq edilmiş foto-şəkillərdə, istərsə də özünün vermiş olduğu ilkin izahatından görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi tərəfindən yolda müəyyən edilmiş hər hansı təhlükəsizlik qaydalarına riayət edilməməsi öz təsdiqini tapmır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X7 məcburi hərəkət istiqaməti yol nişanının tələblərinə riayət etməməsi və bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair X18 haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri X23 Şöbəsi tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı X18 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar