Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-272/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunur ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin polis sahə inspektoru Əyyub İsayev tərəfindən “dayandırılmış inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi” barədə qərarın tərtib edildiyi tarix göstəriməmişdir. Bundan başqa inzibati xəta haqqında materiala “inzibati xəta haqqında iş üzrə” icraatın dayandırılması barədə qərar əlavə edilməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 103, 106, 118ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-272/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-272/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver