Məhkəmə qərarları › İş №3(010)-2745/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2745/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2745/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X2, 22 aprel 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 7CNWEM5, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 76 nömrəli evin 23 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 aprel 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər X8 İdarəsinin polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X5, Bakı şəhər X8 İdarəsinin polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayətini 22 iyun 2023-cü il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından isə görünür ki, barəsində inzibati qərar çıxarılmış şəxs X5 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X8 İdarəsinin polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət ərizəsini Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına 22 iyun 2023-cü il tarixdə təqdim etmiş, bununla da X1 gedən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 01 ay sonra şikayət vermişdir. Buna görə də məhkəmə hesab edir ki, X5 Bakı şəhər X8 İdarəsinin polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X8 İdarəsinin polis mayoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 02 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət X4 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar