Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-275/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxx 1976-cı ildə Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Boru Təmir zavodunda məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan Şəxs xx xxxxxx 2021-ci ildə saat 23.15-də Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində (həmin maddə «Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə» məsuliyyət müəyyən edir) nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əməlindən peşmandır. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs Vəkilli Ülvi Vəkil oğlunun məhkəməyə bildirdiklərindən və işin digər faktik hallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci-ci maddəsində nəzərdə tutulan inzibati xətanı digər üç nəfər şəxslə birlikdə törədib. Həmin şəxslər barəsində eyni maddə ilə inzibati xəta haqqında işlərə hazırda Suraxanı Rayon Məhkəməsində baxılır. Təqsirli şəxslərdən (qumar oynadıqları stoldan) maddi sübut kimi götürülmüş oyun kartı və 40 manata yaxın pul vəsaiti hazırda məhkəmənin digər hakiminin icraatında olan işə əlavə edilib. Bu səbəbdən hazırkı işdə maddi sübut yoxdur. Göstərilənləri, o cümlədən hazırkı işə maddi sübut əlavə edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 525-ci-ci maddəsinin sanksiyasında göstərilən müsadirənin həyata keçirilməsi ilə bağlı hazırkı iş üzrə qərar verilməsi lüzumsuzdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-275/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-275/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver