Məhkəmə qərarları › İş №3(010)-276/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-276/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-276/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 29 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən boru zavodunun həyətindəki tikilidə qumar oyununda iştirak edərək, qumar oynamışdır. Buna görə də Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və Azərbaycan Respublikasının qanunlarına tabe olacağını bildirdi. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinələyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, bir neçə şəxsin Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən boru zavodunun həyətindəki tikilidə qumar oynamaları barədə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin ünvana getmişlər, orada bir neçə şəxsin həqiqətən də qumar oynadıqlarını aşkar etmişlər. Qeyd edilən ünvanda qumar oynayan şəxslər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Bölüyü Xidmətinin əməkdaşlarının köməyi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişlər. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Bölüyü Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, 56/63 nömrəli avtopatrulla xidmət apardıqları zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları onları köməyə çağırmışlar. Həmin çağırış əsasında Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən boru zavodunun həyətinə getmişlər və həmin vaxt orada olan tikilidə bir neçə şəxsin qumar oynadığıqlarını görmüşlər, sonuncuları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan baxış və götürmə haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən boru zavodunun həyətindəki tikilidə, qumar oynalınan masanın üəzrindən 36 ədəd kağız kart və 04 ədədi 05 manatlıq və 20 ədədi isə 01 manatlıq əskinazlar olmaqla ümumilikdə 40 manat nağd pul Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X1 əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, V.Şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən boru zavodunun həyətindəki tikilidə bir neçə nəfər şəxslər birlikdə qumar oynamış, həmin şəxslər polis əməkdaşlarını görüb hadisə yerini tərk etmək istəsələr də, lakin polis əməkdaşları buna imkan vermirlər, sonradan sonuncular qumar oynadıqlarını etiraf edib qumar oynadıqları kartı və pulları həmin tikilidəki masanın üzərinə qoyurlar. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş və iş üzrə maddi sübut hesab edilən 01 ədəd “DVD” disk Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində inzibati işin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş oyun ləvazimatı – 36 (otuz altı) ədəd kağız kart, habelə qumara qoyulmuş – 04 (dörd) ədədi 05 (beş) manatlıq və 20 (iyirmi) ədədi isə 01 (bir) manatlıq əskinazlar olmaqla ümumilikdə 40 (qırx) manat pul vəsaiti müsadirə edilməklə, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İnzibati xəta haqqında materiala əlavə edilmiş və iş üzrə maddi sübut hesab edilən 01 ədəd “DVD” disk inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində inzibati işin materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar