Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-278/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, X10, Ə.Məmmədov küçəsi, 19 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli icra vərəqəsi üzrə yaranmış 4080 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli icra vərəqəsinə əsasən xx xxxx 2004-cü il təvəllüdlü X7 və xx xxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi üzrə o, mütəmadi olaraq ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə onun aliment borcu yaranmışdır. Lakin son dövrlər maddi vəziyyətinin yaxşı olmaması səbəbi ilə tələbkara ödəniş edə bilməmişdir. Bununla belə xx xxxxxx 2021-ci il tarixdə icra sənədi üzrə yaranmış aliment borcundan tələbkara 270 manat ödəniş etmişdir. Belə ki, o halhazırda yeni işə qəbul olmuşdur və hər ay yerdə qalan aliment borcundan 400 manat olmaqla ödəniş edəcəyinə bildirərək, tələbkarla öz aralarında razılığa gəlmişlər. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 926/2020 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə, o cümlədən borclunun ünvanına qərar və bildiriş məktubları göndərilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu tələbkara müəyyən ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə borclunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək 4080 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli icra vərəqəsinə əsasən xx xxxx 2004-cü il təvəllüdlü X7 və xx xxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Hazırda Şəxs aliment borcundan ona 270 manat ödəniş etmiş həmçinin yaranmış aliment borcu ilə bağlı öz aralarında razılığa gəliblər. Belə ki, borclu Şəxs iltizam verərək hər ay ona 400 manat olmaqla sabit pul məbləği ödəyəcəyini bildirmişdir. Buna görə də X5 məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X7 və xx xxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir, icra sənədi xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2020-ci il tarixdə başlanılaraq, borcluya icranı dərhal könüllü təmin etməsi təklif olunmuşdur. Beləliklə işdə olan sübutlardan, o cümlədən tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli icra sənədi üzrə Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X7 və xx xxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Lakin Şəxs icra sənədi üzrə tam ödəniş edə bilmədiyindən 4080 manat borcu yarandığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxıldığı zaman Şəxs icra sənədi üzrə borcundan 270 manat ödəniş etdiyindən, həmçinin tələbkara hər ay 400 manat ödəniş edəcəyinə dair iltizam verdiyindən tərəflər öz aralarında razılığa gəlmişlər. Buna görə də tələbkar X5 məhkəmə iclasında borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs icra sənədi üzrə borcundan 270 manat ödəniş etdiyini, həmçinin borclunun hər ay 400 manat ödəniş edəcəyinə dair tələbkara iltizam verdiyindən öz aralarında razılığa gəldiklərinə görə sonuncunun, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda, bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-926/2020 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-278/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-278/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver