Məhkəmə qərarları › İş №3(010)-28/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-28/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-28/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «XƏZƏR İNŞAAT-XXİ ƏSR” MTK-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MTK barəsində tərtib etdiyi MN seriyalı ******* saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MTK 18861.02 Avro məbləğində vəsaiti 15.11.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18861.02 Avro məbləğində vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməmişdir. Xəta 16.11.2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «XƏZƏR İNŞAAT-XXİ ƏSR” MTK-nin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, 10.12.2021-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən ,"xxxx" QSC barəsində X1 430.4 maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı bildirir ki, "xxxx" QSC və Kristal Abşeron MTK eyni şəxslər tərəfindən təsis edilən hüquqi şəxslərdir. 24 yanvar 2019-cu il tarixdə "xxxx" QSC ilə "xxxx" şirkəti arasəında E 161 AZ nömrəli, 08 fevral 2019-cu il tarixdə isə "xxxx" MTK ilə "xxxx" şirkəti arasında E 162 AZ nömrəli müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında hər iki şirkət tərəfindən "xxxx" şirkətinin hesabına tikinti materiallarının alınması üçün pul vəsaiti köçürülüb. Hər iki ödəniş üzrə nəzərdə tutulun tikinti materialları ölkəyə idxal edilmişdir. Həmin malların idxalı 03 sentyabr 2019-cu il tarixli, **********5597 saylı və 06 yanvar 2020-ci il tarixli, **********1504 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Mərkəzi Bank tərəfindən "xxxx" QSC barəsində inzibati xəta protokolunun tərtib edilməsi isə həmin sənədlərdə mövcud olan texniki səhvlərlə bağlıdır. Bu fakt bankın özünə də məlumdur. Bundan başqa "xxxx" tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər ixrac və idxal gömrük bəyannamələri də vardır və həmin sənədlər vəsatətlər birlikdə məhkəməyə təqdim edilmişdir. Odur ki, "xxxx" QSC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclası barədə məlumat verilməsinə bamayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 16.11.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK tərəfindən 15.11.2019-cu il tarixində "xxxx" ASC vasitəsilə xaricə 18861.02 Avro məbləğində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində 18861.02 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 10.12.2021-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən ,"xxxx" QSC barəsində X1 430.4 maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Müəyyən olunmuşdur ki, "xxxx" QSC və Kristal Abşeron MTK eyni şəxslər tərəfindən təsis edilən hüquqi şəxslərdir. 24 yanvar 2019-cu il tarixdə "xxxx" QSC ilə "xxxx" şirkəti arasəında E 161 AZ nömrəli, 08 fevral 2019-cu il tarixdə isə "xxxx" MTK ilə "xxxx" şirkəti arasında E 162 AZ nömrəli müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında hər iki şirkət tərəfindən "xxxx" şirkətinin hesabına tikinti materiallarının alınması üçün pul vəsaiti köçürülüb. Hər iki ödəniş üzrə nəzərdə tutulan tikinti materialları ölkəyə idxal edilmişdir. Həmin malların idxalı 03 sentyabr 2019-cu il tarixli, **********5597 saylı və 06 yanvar 2020ci il tarixli, **********1504 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. "xxxx" tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər ixrac və idxal gömrük bəyannamələri vardır. Məhkəməyə təqdim edilmiş Gömrük bəyannaməsindən müəyyən olunur ki, “KRİSTAL ABŞERON" QSC-nin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasının "xxxx" MMC-dən E161AZ- XRİN-EUR nömrəli 24.01.2019-cu il tarixli və E162AZ-KA-EUR nömrəli 08.02.2019-cu il tarixli müqavilələrə əsasən daxil olmuş ağaclifli plitələr malı 06.01.2020-ci il tarixdə **********1504 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx"xxxx" MTK-nin direktoruna ünvanladığı 10.01.2022-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən Şəxs QSC və “KASTAMONU İNTEQREYTED VUD İNDASTRİ” şirkəti ilə bağlanmış 24.01.2019-cu il tarixli E161AZ-XRİN-EUR saylı müqavilə üzrə 15.11.2019-cu il tarixində 18 861.02 EUR və 12.12.2029-cu il tarixində 34 241.38 EUR vəsait köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş "xxxx" QSC-nin direktoru tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 15.01.2022-ci il tarixli məktubdan görünür ki, “KRİSTAL ABŞERON" QSC-nin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasının "xxxx" MMC-dən E161AZ- XRİN-EUR nömrəli 24.01.2019-cu il tarixli və E162AZ-KA-EUR nömrəli 08.02.2019-cu il tarixli müqavilələrə əsasən daxil olmuş ağaclifli plitələr malı 06.01.2020-ci il tarixdə **********1504 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. **********1504 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunarkən 44-cü qrafanın 4011 bəndində səhv olaraq E161AZ-XRİN-EUR nömrəli 24.01.2019-cu il tarixli müqavilə qeyd olunmamışdır.(********** nömrəli 17.12.2019 tarixli invoys). Bununla əlaqədar **********1504 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasının 4011 bəndində düzəliş olunaraq E161AZ-XRİN-EUR nömrəli 24.01.2019-cu il tarixli müqavilənin əlavə olunması xahiş olunmuşdur. Beləliklə də məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-dəki bank hesabından 15.11.2019cu il tarixində 18861.02 Avro məbləğində vəsait qabaqcadan xaricə köçürülmüş, “KRİSTAL ABŞERON" QSC-nin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasının "xxxx" MMC-dən E161AZ- XRİN-EUR nömrəli 24.01.2019-cu il tarixli və E162AZ-KA-EUR nömrəli 08.02.2019-cu il tarixli müqavilələrə əsasən daxil olmuş ağaclifli plitələr malı 06.01.2020-ci il tarixdə **********1504 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilərək, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməkdikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin aparıcı mütəxəssisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı 10.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "XƏZƏR İNŞAAT-XXİ ƏSR” MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar