Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2816/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 19 iyun 2023-cü il tarixli, 00100-01564/23 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/015244 nömrəli 01 iyun 2023-cü il arixli raportun icrası ilə əlaqədar bildirilir ki, raportda qevd edilən Bakı şəhəri, Suraxanı ravonu, Əmircan STQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin VÖEN:**********) ünvanına Türkiyə Respublikasından daxil olmuş “dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat (X6)” yükləri **********7717 sorğu nömrəli, 16 yanvar 2023-cü il tarixli, **********7450 sorğu nömrəli 16 yanvar 2023-cü il tarixli və **********7775 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi’’ (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********7717 sorğu nömrəli, 16 yanvar 2023-cü il tarixli, **********7450 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********7775 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 16 may 2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023cü il müəyyən edilsə də, həmin müddətədək “X4" MMC tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı və ya müddətin uzadılması ilə bağlı müraciət edilməmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********7717 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********7450 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********7775 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda “Atef Şirkətlər Qrupu” MMC-nin ünvan 2 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə Mobil gömrük şöbəsinə 34/013/016032 saylı 08 iyun 2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Mobil gömrük söbəsində Təhqiqat şöbəsinə daxil olmuş 34/015/016752 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən “X5" MMC tərəfindən **********7717 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********7450 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********7775 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsus gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər xx.xx.2023-cü il tarixdə **********6116, xx.xx.2023- cü il tarixdə **********6046, xx.xx.2023-cü il tarixdə **********6198 sorğu nömrəli gömrük bəyanamələri ilə rəsmiləsdirilərək sərbəst dövriyyəyə buraxıldığı qeyd edilmişdir. Nəticədə “X4" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi malların müvəggəti saxlanc müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 19 iyun 2023-cü il tarixli, 00100-01564/23 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini X2 19 iyun 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 01 iyun 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən **********7717, **********7450, **********7775 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti 16 may 2023-cü il tarixindən bitmiş, lakin Şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs tərəfindən **********7717 sorğu nömrəli, 16 yanvar 2023-cü il tarixli, **********7450 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli və **********7775 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə 16 may 2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc nüddətinin başa çatdığı və həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmədiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 3-cü bəndində Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2816/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2816/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver