Məhkəmə qərarları › İş №3(010)-286/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-286/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-286/2020 24.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə Şəxs, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 30 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, R.Məmmədov küçəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(010)-572/2016 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(010)- 1382/2019 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. Şəxs şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(103)-53/2020 nömrəli qərarı ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(010)-1382/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialları Bakı Apelyasiya Məhkəməsindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş və inzibati xəta haqqında işin baxılması xx xxxx 2020-ci il tarixə, saat 15:00-a təyin edilərək Şəxs qeydiyyatda olduğu ünvan üzrə - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 30 nömrəli evə məhkəmə bildirişi öndərilmişdir. Eyni zamanda Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilərək Şəxs barəsində Bakı Apelyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmasının xx xxxx 2020-ci il tarixə, saat 15:00-a təyin edildiyi və həmin məhkəmə iclasında iştirakının məcburi olması barədə məlumat verilmişdir. Lakin Şəxs xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, xx xxxx 2020-ci il tarixə, saat 15:15-ə təyin edilmiş, bu barədə Şəxs qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, habelə istifadəsində olan yuxarıda qeyd edilən mobil nömrə vasitəsilə onunla əlaqə saxlanılaraq inzibati xəta haqqında işin baxılmasının xx xxxx 2020-ci il tarixə, saat 15:15-ə təxirə salındığı, məhkəmə iclasında iştirakının məcburi olması, məhkəməyə gəlməyəcəyi təqdirdə barəsində məcburi gətirilmə barədə qərardad qəbul ediləcəyi barədə məlumat verilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da gəlmədiyindən xx xxxx 2020-ci il tarixli, 3(010)- 286/2020 saylı qərardadla Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinə gətirilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Eyni zamanda eyni tarixli, eyni saylı qərarla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından isə görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni Şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il 14 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar