Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2881/2023 08.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polisd Bölməsindən daxil olmuş 07 iyul 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş material üzrə toplanmış digər sübutlardan görünür ki, Şəxs “KİO RİO” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsində hərəkət edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “KİO RİO” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsində hərəkət edərkən, yol qaydasını pozmuş, ona görə də polis əməkdaşları onu saxlamaq istəyərkən məsuliyyətdən yayınmaq məqsədilə qaçmaq qərarına gəlmiş, bu zaman digər avtomobilləri sürtmüş və inzibati xəta haqqında protokolda göstərilən hərəkətlərə yol vermişdir. Avtomobillərə dəymiş zərəri ödəmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları, o cümlədən polis əməkdaşının raportu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yazılı izahatı ilə təsdiq olunur. Suraxanı Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-54/2- 13596/2023 saylı arayışda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə barəsində tərtib edilmiş İXP5035297 saylı inzibati protokolla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək sürücülük hüququndan məhrum edilmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sübutları nəzərdən keçirib belə qənaətə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tərkibi mövcuddur. Göstərilənlərə əsasən X4 həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 iyul 2023-cü il saat 21.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №3(010)-2881/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2881/2023
08.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver