Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2906/2024 17.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızının sədliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, evli, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs təxminən 1 həftə bundan əvvəl ünvan 1 ünvanında X4 məxsus olan Samsung A 12 markalı mobil telefonu oğurladığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, o, ünvan 2 ünvanında X4 məxsus olan Samsung A 12 markalı mobil telefonu götürmüş, votsappda olan yazışmalara baxaraq geri qaytarmışdır. Qeyd olunanlara əsasən barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş edir. X2 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun keçmiş həyat yoldaşıdır və o mütəmadi olaraq onu söyür, təhqir edir. Sonuncu dəfə may ayında Fariz onun telefonunu götürmüş, lakin qaytarmamışdır. Qeyd olunanlara əsasən barəsində ciddi tədbir görülməsini xahiş edirəm. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Məmməd Əliyevin xx.xx.2023-cü il tarixli qərarları ilə vət. X9 və X6 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, 180 (yüz səksən saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-2906/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2906/2024
17.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver