Məhkəmə qərarları › İş №3(010)-2907/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2907/2024

18.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2907/2024 18.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Leyla Məmməd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1nın, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Nizami RPİnin 25-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, 07 avqust 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Nizami RPİ-nin DYPŞnin binasına daxil olaraq, polis əməkdaşlarına qarşı küçə söyüşləri söyərək, nalayiq ifadələr işlədərək və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin polis sahə inspektoru, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, dünən o 25-ci Polis Şöbəsində məsul növbətçi idi. Təxminən 17:20 radələrində DYPİ-nin və post-patrul əməkdaşları Şəxs və X3 25-ci PŞ-nə gətirdilər ki, həmin vətəndaşlar DYPİ-nin inzibati binasında qanun tələblərini pozaraq polis əməkdaşlarına qarşı kobud hərəkətlərə yol vermişdilər. Digər vətəndaş Nizami Rayon Məhkəməsinə verildi, barəsində 25 gün inzibati həbs verildi. Şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmişdir. 14 iyunda maşını yol polis əməkdaşları cərimə meydançasına qoyublar. Atası bir nəfərdən xahiş edib ki, polisə get, maşını versinlər. Həmin şəxs də polisi şantaj ilə məşğuldur və Şəxs qohumu deyil. Həmin şəxs inzibati binada səsküy salmağa başlayıb, daha sonra Şəxs daxil olub səs-küy salmağa başlayıb. Polisləri təhqir etmişlər. İlk həmin şəxs gəlib, maşın haqqında məlumat verilib, kim olduğu soruşulub. Yaxını olduğunu deyib. Ona izah olunub ki, sürücülük vəsiqəsi olmadan idarə edilib, ya yaxın qohum, ya da maşının sahibi gəlsin. Bu da maşında oturub, daha sonra içəri girib və mübahisə baş verib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, polislə mübahisə olmuşdur, o aralamaq istəmişdir. Onun sürdüyü maşın 14 iyunda cərimə meydançasına yerləşdirilmişdir. 17 iyunda vurulmuşdur. Bununla bağlı idarəyə yaxınlaşmışdır. Rəşad ondan qabaq girmiş, dalaşmışdırlar, yaxınlaşanda, onu tutmuşdurlar. Cərimə meydançasında maşın vurulmuşdur. O heç bir pis söz işlətməmişdir. Barəsində inzibati tənbeh tətbiq olunmamasını xahiş etmişdir. X1 şəxsin azyaşlı olmasının nəzərə alınmağını xahiş etmişdir. Şahid Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru X8 bildirmişdir ki, Abbasov X9 Əliyev küçəsində 14 iyun tarixində yol qaydalarını pozduğuna görə saxlanılmışdır. Yoxlama zamanı müəyyən olundu ki, şəxsin sürücülük vəsiqəsi yoxdur. Maşın cərimə meydançasına yerləşdirildi, izah olundu ki, idarəyə gəlib izahat verməlidir. Özü gəlmədi, dayısı və ya əmisi olaraq özünü tanıdan şəxs yaxınlaşdı. Sürücü barədə 511, 332.1 və 332.3-cü maddələr ilə protokol tərtib olundu. Dünən onlara atası tərəfindən zəng gəldi, nalayiq sözlər istifadə etdi. Sonra Rəşad adlı şəxs yaxınlaşdı. Mübahisə yarandı. Şəxs qaçıb onu itələdi, polis əməkdaşlarının nüfuzuna xələl gətirən hərəkətlər etmişdir, digər şəxsə dedi ki, qaç. O da qaçanda yıxıldı. Söyüş söyürdülər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Nizami RPİ-nin DYPŞ-nin binasına daxil olaraq, polis əməkdaşlarına qarşı küçə söyüşləri söyərək, nalayiq ifadələr işlədərək və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır, nəticədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri V.Həsənov, Z.Zeynalov və Nizami RPİ DYPŞ İTÜ inspektor polis mayoru X15, YPX inspektorlar polis baş serjantları X8, X12 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində xidmətdə olarkən, X6 DYPŞ-yə yaxınlaşaraq tərəflərindən duracağa yerləşdirilən avtomobilin qanunsuz duracağa yerləşdirilməsini bildirmiş, 6-cı otağa daxil olmuş və DYPŞ-nin İTÜ polis mayoru R.Rəhimovun ünvanına və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmamış və həmin şəxs PPX əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunarkən, avtomobili iki gün öncə saxlanılmış Şəxs ünvanlarına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət olunmalarına baxmayaraq, həmin şəxslər hərəkətlərini davam etdirmiş və polisin qanuni tələblərinə tabe olmamışdırlar. Qeyd olunanlar nəzərə alınaraq, həmin şəxslər barəsində qanuna müvafiq qaydada tədbir görülməsi xahiş edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 1/588 nömrəli aktdan görünür ki, Şəxs sərxoşluq əlamətləri mövcud olmamışdır. xx.xx.2006-cı il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, heç bir günahı yoxdur. xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi Mercedes markalı maşın Yol Polisi tərəfindən saxlanılaraq, cərimə meydançasına qoyulmuşdur. xx.xx.2024-cü ildə onun idarə etdiyi avtomobil cərimə meydançasında əzildiyi üçün dövlət Yol Polis şöbəsinə getmiş və orada heç bir səbəb olmadan polislə aralarında mübahisə baş vermiş, həmin vaxt polis ona müqavimət göstərmiş və bölməyə gətirmişdirlər. Bölmədə nöqsanını anlamış və daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixli, 007817 nömrəli Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərinə baxış zamanı heç bir qiymətli əşya aşkar olunmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-nin 327.1-ci, 332.1-ci, 332.2-ci, 511.1.1-ci, 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2.-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı vəinzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarına qarşı küçə söyüşləri söymüş, nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Abbasov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin azyaşlı olması və peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar