Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2913/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsindən daxil olmuş X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol barədə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsindən daxil olmuş X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Materialdan görünür ki, X2 DİN BDYPİ-nin vəzifəli şəxsinin 03 iyul 2023-cü il tarixli EQ seriyalı 15459618 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 346.1.-ci maddəsi ilə təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Nizami rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 27 aprel 2024-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X2 və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin işin məhkəmə baxışı zamanı Asanpay ödəniş portalından çıxarışdan müəyyən olunmuşdur ki, X2 barəsində protokol tərtib edildikdən sonra cərimə pulunu büdcəyə ödəmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb X2 ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətdən azad olunmalıdır və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun müddəasından göründüyü kimi İXM-nin 529.3-cü maddəsi ilə inzibati xətanın törədilməsi o halda hesab edilir ki, şəxs onun barəsində tətbiq edilmiş inzibati tənbehi qərarın qanuni qüvvəyə mindiyi andan 3 ay ərzində icra etməmiş olsun. Hazırkı halda isə X2 onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Bu baxımdan onun əməlində İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, İXMnin 529.3-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, yəni həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırda da müəyyən olunur ki, X2 onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və onun barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2913/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2913/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver