Məhkəmə qərarları › İş №3(010)-2917/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2917/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2917/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafovun şikayət ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Manaf Manafov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpasını və inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. «Şikayət ərizəsi»ni və ona əlavə edilmiş iş materiallaını nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, Manaf Manafov şikayət ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməyərək, şikayətin giriş hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 22 may 2024-cü il tarixli qərardadından şikayət verdiyini qeyd etsə də, “xahiş edirəm” hissəsində Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpasını və inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasını qeyd etmişdir. Bununla da şikayət ərizəsində məhkəməyə irəli sürdüyü tələb natamamdır. Ona görə də müvafiq müraciətə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş qaydalara uyğun formada baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafovun şikayət ərizəsi geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar