Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2918/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3, X1 etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 15 avqust 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 13 iyul 2023-cü il tarixdə icraata başlanılmış, cavabdehə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə cavabdehin ünvanına göndərilmişdir. Bundan əlavə cavabdehin izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Borclu tələbkara hissə-hissə ödənişlər etmiş və hazırda 10.000 manat borcdan 2470 manat ödəniş etmiş və onun 7530 manat borcu qalmışdır. Bundan əvvəl borclu barəsində bir dəfə protokol tərtib olunmuş, borclu məhkəməyə gəlməkdən yayındığına görə hakim onun barəsində axtarış vermiş, polis əməkdaşları borclunu tapıb məhkəməyə gətirmişlər və borclu tələbkara müəyyən ödəniş etdiyinə görə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)-802/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin məhkəmə qərarından sonra borclu tələbkara heç bir ödəniş etməmişdir. Buna görə də icra sənədinin icrasının tam təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində 15 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İş üzrə X1 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2025-ci ildə borclu cəmi 4 ay ödəniş etmişdir. Borclu uşaqlarına baxmır, onları gəzməyə aparmır və uşaqlarının zənglərinə cavab vermir. Hazırda Şəxs hazırki günə 7530 manat borcu qalmışdır. Alimenti ödəmədiyinə görə məhkəmə borclu barəsində 500 manat cərimə tətbiq etmişdir. Həmin cərimədən sonra borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırda borcludan şikayətçidir və alimentin tam ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmənin aktına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkansızlıq və işsizlik səbəbindən borc məbləğini tam ödəyə bilməsə də tələbkara hissə-hissə ödənişlər etmişdir. Bildirmişdir ki, bu ayın 1-dən rəsmi olaraq "xxxx" MMC-də aşpaz vəzifəsində işləyir və 900 manat əmək haqqı alır. Əmək haqqı ona yarısı kartla yarısı ilə əl ilə verilir. Hazırda aliment borcundan hər hansı ödəniş etməyə imkanı yoxdur, alimnet borcunun əmək haqqında yönəldilməsi ilə hər ay 500-600 manat ödəniş edə biləcəyini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(010)-1908/2023 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay, hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(010)-1908/2023 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, lakin borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi və tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə bildiriş təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 13 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, 13 iyul 2023-cü il tarixli qərara əsasən Suraxanı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(010)-1908/2023 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 802/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə informasiya sisteminin elektron məlumatından görünür ki, Şəxs halhazırda "xxxx" MMC-də aşpaz vəzifəsində işləyir və 464 manat əmək haqqı alır (elektron məlumat iş materiallarına əlavə olunmuşdur). İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, məhkəmə informasiya sisteminin elektron məlumatından görünür ki, Şəxs halhazırda "xxxx" MMC-də aşpaz vəzifəsində işləyir və 464 manat əmək haqqı alır, lakin icra məmuru şəxsin iş yerinin olmasını bilsə də, aliment borcunun şəxsin əmək haqqına yönəldilməsi ilə bağlı heç bir prosessual hərəkət etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icra sənədləri üzrə icraata başlanılması məsələlərini tənzimləyən 8-ci maddəsinə, o cümlədən 8.2-ci maddəsinin tələblərinə görə «İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir». “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 yuxarıda göstərilən halı araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi icra tədbirlərinə düzgün riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədi istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Hazırki iş üzrə müəyyən edilir ki, Şəxs hal-hazırda "xxxx" MMC-də aşbaz vəzifəsində işləsə də icra məmuru onun aliment borcunun əmək haqqına yönəldilməsi ilə bağlı məcburi icra tədbiri etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması və natamam olması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və material Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2918/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2918/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver