Məhkəmə qərarları › İş №3(010)-292/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-292/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-292/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarından Qulu-zadə Rüfət Teymur oğlunun şikayətinə (ərizəsinə) baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarı ilə Quluzadə Rüfət Teymur oğlu Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə (Dayanma və ya durma qaydalarının pozulması) təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmişdir. Qulu-zadə Rüfət Teymur oğlu həmin qərardan şikayət verib. Qulu-zadə Rüfət Teymur oğlunun ərizəsindən görünür ki, ona məxsus olan «Subaru İmpreza» minik markalı 10EG342 dövlət qeydiyyat nişanlı avtomobil hadisə vaxtı qohumu X1 istifadəsində olub. X1 həmin şikayətə əlavə edilmiş ərizəsinin məzmunundan görünür ki, qeyd olunan avtomobil hadisə vaxtı həqiqətən onun istifadəsində olmuş, o, avtomobili «3.27 Dayanmaq qadağandır» qadağan nişanının təsir zonasına çatmamış, həmçinin müvafiq yol ayrıcından 17 metr aralıda saxlamışdır. Qulu-zadə Rüfət Teymur oğlu yuxarıda qeyd olunan qərarı qərəzli sayır. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Quluzadə Rüfət Teymur oğlu gəlməmiş, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayət təmin olunmalıdır. Şikayətə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarı əlavə olunub. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin Vİ hissəsinə əsasən 3.27 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasından göründüyü kimi, «3.27 Dayanmaq qadağandır» qadağan nişanının qüvvəsi həmin nişanın qoyulduğu yerdən başlayır. X1 şikayətə əlavə edilmiş ərizəsində göstərilənləri nəzərə alaraq məhkəmə həmçinin qeyd edir ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52ci maddəsinin İV hissəsinin 6-cı bəndinə əsasən hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitəsinin durması da qadağandır. xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, «Subaru İmpreza» minik markalı 10EG342 dövlət qeydiyyat nişanlı avtomobil «3.27 Dayanmaq qadağandır» qadağan nişanına çatmamış, yəni həmin nişanın qüvvəsinin şamil edilmədiyi yerdə dayanıb (və ya durub). Qərardan həmçinin görünür ki, müvafiq fotoşəkillər DYP avtomobilində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə çəkilib. Bu fotoşəkillərlə «Subaru İmpreza» minik markalı 10EG342 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandığını (və ya durduğunu) da müəyyən etmək olmur. Məhkəmə bir daha qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Bu səbəbdən, həmçinin qərarda müvafiq əməllə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun konkret olaraq hansı müddəasının tələbinin pozulduğu göstərilmədiyinə görə (qərarda sadəcə olaraq durma qaydalarının pozulduğu göstərilib, lakin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun heç bir konkret normasına istinad edilməyib) müvafiq qərarın qəbul edilməsi üçün hər-hansı başqa əsasın mövcud olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, şikayətdə və ona əlavə edilmiş ərizədə qeyd olunur ki, avtomobil hadisə vaxtı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Qulu-zadə Rüfət Teymur oğlunun deyil, sonuncunun qohumu X1 faktik sahibliyində olub. Bu hal da xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərar qəbul edilərkən araşdırılmayıb. Göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərar qəbul edilərkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli elektron qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X4 göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar