Məhkəmə qərarları › İş №3(010)-2921/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2921/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2921/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatı aparılmamışdır. Buna görə 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil yazılı etiraz ərizəsi verərək, həmçinin, inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək göstərdi ki, hazırki iş üzrə Şəxs hərəkətlərində hər hansı inzibati xəta tərkibi mövcud olmadığı, həmçinin, şəxsin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Şəxs ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasında təqsirləndirilir, lakin inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol yanlış hüquqi şəxsə qarşı tərtib edilmişdir, çünki Şəxs AR İXM-nin 239-cu maddəsinin subyekti deyildir. Belə ki, Şəxs nəinki zərərli istehsalat, ümumiyyətlə, istehsalat fəaliyyəti ilə məşğul deyildir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 1-ci maddəsində ətraf mühitin monitorinqinə verilən anlayışdan məlum olur ki, ətraf mühitin monitorinqi yalnız istehsalat müəssisələrinin fəaliyyətləri nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantıların zərərlərinin azaldılması məqsədilə tətbiq edilir. Lakin, Şəxs istehsalat fəaliyyəti ilə məşğul olmur, fəaliyyəti nəticəsində ətraf mühitə zərərli qaz, maye və bərk haldakı tullantılar atılmır. Şəxs həmçinin eyni qaydada ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti ilə məşğul olmadığı üçün bu cür uçot və hesabat aparmaq öhdəliyi də mövcud deyildir. Cəmiyyətin fəaliyyəti Xəyal Adası MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində vasitəçilik xidmətlərinin göstərilməsidir. Yerləşdiyi ərazi də Xəyal Adası MMC-dən icarəyə götürülməklə mülkiyyət hüquqi ilə ona məxsus deyildir. İnzibati xəta haqqında protokol tərtib edən orqan bu barədə heç bir araşdırma aparmamış, sadəcə öz hüquqlarından formal olaraq sui-istifadə edərək iş üzrə aidiyyəti olmayan şəxsə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokol düzgün tərtib olunmamışdır. Belə ki, protokol tərtib olunarkən Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, hüquq və vəzifələri izah edilməmiş, protokol Şəxs nümayəndəsi tərəfindən imzalanmamış, protokolun sürəti Şəxs nümayəndəsinə təqdim edilməmişdir. Sonda Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hüquqi şəxsin nümayəndəsi və vəkilini dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 03 iyul 2023-cü il tarixli, 80427 saylı aktdan görünür ki, Şəxs tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji normativ sənədlər əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatının o, cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların idarəyə təqdim edilmədiyi həmçinin məlumatlar əsasında tərtib edilmiş 2TÇ (hara, təhlükəli tullantılar su təsərrüfatı) illik statistik hesabatların qanunla müəyyən olunmuş vaxtda (xx.xx.2023-cü il tarixinədək) idarəyə təqdim edilərək razılaşdırılmadığı və ətraf mühitə atılan tullantılara görə ödənişlərin “Ətraf mühitinin mühafizəsi üzrə Dövlət Fondu” na ödənilmədiyi müəyyən edildi. Ekoloji normativ sənədlərin və 2TÇ illik statistik hesabatların idarəyə təqdim edilməsi üçün Şəxsnə 24 oktyabr 2022-ci il tarixli 26/1684 nömrəli məktub ünvanlanmış, lakin müəssisə tərəfindən məktuba heç bir cavab verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş 01 yanvar 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təsis edilmiş müqavilənin mətnində bundan sonra "İcarəyəverən" adlandırılan, Nizamnamə əsasında hərəkət edən "XBYAL ADASİ" V1.MC X1 şəxsində ilə digər tərəfdən, bundan sonra "İcarəçi" adlandırılan Nizamnamə əsasında fəaliyyət göstərən "DREAMLAND ENTERTAİNMENT” MMC Direktor müavini Fuad Seyfullayev şəxsində aşağıdakılar haqqında bu müqaviləni bağladılar. Müqaviləyə əsasən icarəyəverən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisi ünvanında yerləşən, öz şəxsi mülkiyyətində olan ümumi 30 kv.m sahəni (bundan sonra "icarə obyekti" adlanacaq) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür. İcarəçi isə bunun müqabilində icarə haqqı ödəməyə öz öhdəsinə götürür. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş 01 yanvar 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - VÖEN ********** (bundan sonra - Mülkiyyətçi adlanacaq), direktoru Bahadır Yeltekin'ın şəxsində, digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Şəxs (bundan sonra - İdarəçi adlanacaq), direktoru Akif Əsgərovun şəxsində, (bundan sonra ayrılıqda Tərəf, birlikdə Tərəflər adlanacaq) Mülkiyyətçinin mülkiyyətində olan daşınmaz əmlakların onun tapşırığına uyğun olaraq İdarəçi tərəfindən idarə edilməsi üzrə xidmətlərin həyata keçirilməsi məqsədilə aşağıdakı şərtlərlə bağlanmışdır: Hazırkı Müqavilə ilə Mülkiyyətçi yerləşdiyi ünvanı, növü və sahəsi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən daşınmaz əmlak(lar)ı (bundan sonra - Obyekt adlanacaq) idarə etmək hüququnu İdarəçiyə verir, İdarəçini bu sahədə eksklüziv agenti (müstəsna səlahiyyətli nümayəndəsi) olaraq tanıyır və İdarəçinin Obyektin idarə olunması üzrə həyata keçirdiyi xidmətlərdən faydalanır, həmin xidmətlərin nəticəsində Obyektin idarə olunmasından əldə olunan gəlirdən bu Müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə İdarəçinin razılaşdırılmış haqq (idarəetmə haqqı) əldə etməsinə razılıq verir, İdarəçi isə hazırkı Müqavilə ilə müvafiq təyinat və səlahiyyət üzrə hüquq və öhdəlikləri müəyyən edilmiş şərtlərlə qəbul edir, bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada Obyektin idarə edilməsi xidmətlərini həyata keçirir və əldə olunan gəlirin bu Müqavilədə müəyyən edilmiş hissəsini Mülkiyyətçiyə ödəyir.Obyekt İdarəçi tərəfindən bu Müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün Mülkiyyətçi ilə İdarəçi arasında Əlavə 1 imzalanmaqla İdarəçiyə təhvil verilir.Obyektin yerləşdiyi ünvan, növü, ümumi sahəsi, həmçinin, Obyektin İdarəçinin idarəetməsində olma müddəti, bu Müqavilə üzrə xidmətlərin yerinə yetirilməsi üçün ödənilən haqqın (bundan sonra "idarəetmə haqqı" adlanacaq) məbləği, vergilər və digər məlumatlar Əlavə 1-də göstərilir.Mülkiyyətçi qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən, müvafiq norma və standartlara uyğun olan, inşası tamamilə başa çatdırılmış, qurğu və avadanlıqları ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı Obyekt(lər)i idarəçiyə təhvil verir. İdarəçinin Obyekt(lər)ə lazımi qeyri-struktur dəyişiklikləri etmək hüququ vardır. İdarəçi Obyekt(lər)ə ediləcək hər hansı daimi dəyişikliklər haqqında Mülkiyyətçini yazılı formada məlumatlandıracaqdır. Qeyd edilən hər iki dəyişikliklər Müştərinin istəyi və təklifi ilə baş verdikdə, Müştərinin hesabına həyata keçirilir. Bu Müqavilə və ya onun müvafiq əlavələri ilə müəyyən edilmiş haqq çərçivəsində İdarəçi öz orqan və ya struktur bölmələrini həmin Obyekt(lər)də və ya onun müəyyən hissəsində tam və ya qismən yerləşdirə, xidməti, köməkçi otaqları və ya sahələri istifadə. İdarəçi Obyektin idarə edilməsi üzrə aşağıdakı xidmətləri həyata keçirir: Obyekti lazımi vəziyyətdə saxlamaq və mühafizə etmək;Obyektə xidmət göstərəcək təchizatçıları seçmək, Obyektin daxilində həyata keçiriləcək işlərin və xidmətlərin keyfiyyətli şəkildə göstərilməsini təşkil və təmin etməkZərurət olduğu təqdirdə, Obyekt(lər)in saxlanılması və on(lar)a xidmət göstərilməsi məqsədilə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlamaq; Obyektin idarə edilməsi sistemini qurmaq, tətbiq olunacaq informasiya və kommunikasiya texnologiyaları, proqram təminatı seçmək, qurmaq, yeniləmək və yerini dəyişmək; Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmalarda qeyd edilən Obyekt(lər)i hər hansı üçüncü şəxslərə (bundan sonra - Müştəri(lər) adlanacaq) kirayəyə vermək, kirayəyə verilməsi üçün lazımi hərəkətləri həyata keçirmək, Müştərilər qarşısında Mülkiyyətçini təmsil etmək, Mülkiyyətçinin eksklüziv agenti (müstəsna səlahiyyətli nümayəndəsi) olaraq onun adından hüquq və vəzifələrini həyata keçirmək; Obyektdə kirayə qiymətlərini və göstərilən digər xidmətlər üçün qiymətləri müəyyən etmək; Zərurət olduğu təqdirdə, qanunvericiliyə müvafiq olaraq yalnız Mülkiyyətçi tərəfindən icra edilə biləcək müqavilələr istisna olmaqla, Obyekt(lər)in fəaliyyəti ilə əlaqədar (Obyekt(lər)in və ya onun ayrı-ayrı sahələrinin və ya hissələrinin üçüncü şəxslərə mal/iş/xidmətlərin təchizatı və s.) hər hansı digər müqavilələrin müzakirəsini və həmin müqavilələrlə əlaqədar müvafiq əməliyyatları aparmaq; Obyektin və ya onun ayrıayrı sahələrini və ya hissələrini istifadəyə götürən Müştərilərilə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Müştərilərdən kirayə haqlarını almaq və nəzərdə tutulmuş müddət ərzində Mülkiyyətçiyə ödəmək; Obyektin işıq, su, internet və sair kommunal xərclərin kompensasiya olunmasını Müştərilər hesabına təmin etmək; Obyektin istifadəsi, mühafizəsi, iş, buraxılış, giriş-çıxış rejiminin tənzimlənməsi üzrə qayda, təlimat və digər tənzimləyici normalar müəyyən etmək və tətbiqinə nəzarət etmək; Obyekti idarə etmək üçün üzərinə düşən öhdəliklərindən irəli gələn bütün tədbirləri görmək. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Dreamland Entertainment” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində vasitəçilik xidmətləri göstərilir. Şəxs zərərli istehsalat, ümumiyyətlə, istehsalat fəaliyyəti ilə məşğul deyil və Cəmiyyət tərəfindən ətraf-mühitə zərərli tullantılar atılmamış, Şəxs ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti ilə məşğul olmadığı üçün uçot və hesabat aparmaq öhdəliyi mövcud deyildir. Beləliklə iş materialları ilə təsdiq olunur ki, Şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində vasitəçilik xidmətləri göstərilir və Şəxs tərəfindən ətraf-mühitə zərərli tullantılar atılmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxsnnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması iş materialları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarİnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Beləliklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X2 icraatında olan inzibati xəta haqqında işə baxarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən inzibati xətanın olub-olmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirməli olduğu halda, iş üzrə səthi araşdırma apararaq inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəlmiş və Şəxs barəsində 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Bununla da işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X2 Şəxs nümayəndəsinin iştirakı olmadan sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamış, bununla da Şəxs inzibati xəta haqqında iş üzrə sübutlar təqdim etmək hüququndan məhrum edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsində 13 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında işə baxılarkən Şəxs nümayəndəsinin iştirakı təmin edilsə idi, sonuncu məhkəməyə təqdim etdiyi sübutları inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxsə təqdim edib inzibati xətanın əlamətlərinin olmadığını sübuta yetirməklə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmamasına nail olmuş olardı. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan xətanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar