Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2921/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X4 iştirakları ilə, xx xxxxx 1971-ci il tarixdə Qazax rayonu, Zəlimxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və polis şöbəsində ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X10 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs küçəyə peyin tökməsi ilə bağlı 30-cu polis bölməsinə dəvət olunmuş, bölmədə rəisi və digər işçiləri söyərək təhqir etmişdir. Əvvəl də dəfələrlə şəxsə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq eyni hərəkətlərə davam etmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 6-7 baş qoyun saxlayır. Həftədə 1-2 dəfə onların yarım araba – bir araba peyinlərini yığıb zibilə atır, zibil yeşiyi dolu olduğundan zibil yeşiyinin yanına atmalı olur. Ümumiyyətlə polisə müqavimət göstəməmişdir, bölməyə dəvət olunmuş, o da razılaşmış və maşına oturmuşdur. Heç kimi söyməmişdir, belə ki, bölmənin rəisi ona təhqiramiz ifadələr işlətmiş o da qarşılığında “özünsən” ifadəsini demişdir. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və polis şöbəsində ictimai qaydanı pozmuşdur, nəticədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022579 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur; X5 tərəfindən verilən izahatdan görünür ki, o, 2008-ci ildən DİO-da, 2017-ci ildən tutduğu vəzifədə fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə 30-cu PŞ-da məsul növbətçi kimi xidmətdə olduğu zaman saat təxminən 14 radələrində sahə inspektoru Teymur Əliyev tərəfindən vətəndaş şikayəti əsasında PŞ-yə dəvət olunmuş xx.xx.1971-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Şəxs araşdırma zərurəti ilə əlaqədar olaraq PŞ-nin rəis müavini Cəmil Məmmədovun otağında və Növbətçi hissədə olan zaman özünü qeyri-adekvat apararaq səs-küy salmış, uca səslə təhqiramiz ifadələr işlədərək PŞnin iş rejimini pozmuşdur. Dəfələrlə sakitləşdirməyə çalışsalar da, hərəkətlərinə davam etmişdir. Şəxs irad bildirilməsinə baxmayaraq sahə inspektoru Teymur Əliyevi nalayiq sözlərlə təhqir edərək hədələmişdir. X1 Murad Hüseynağa oğlunun verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. Suraxanı rayonun Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, Hövsan qəsəbəsi, M.Əliyev küçəsi, 1 saylı Zeytun sovxozu ərazisində yaşayan Şəxs yaşadığı evin yaxınlığında yerləşən zibil yeşiklərinin (məişət zibil tullantıları üçün nəzərdə tutulmuş) yanına mal (iri buynuzlu heyvan) saxladığı tövlədən peyinləri (zibilləri) yığaraq gətirib tökmüşdür. İşçilər tərəfindən həmin şəxsə dəfələrlə xəbərdarlıq edilsə də, onların iradlarına məhəl qoymamış, əksinə onları təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında zibil meydançasına mal peyini tökərkən ərazidə işləyən sosial işçilərin iradlarına məhəl qoymamış, ərazini zibilləmişdir. Mehti adlı işçini nalayiq sözlərlə təhqir etmiş və onlara canı çıxıb aparmalarını demişdir. Mehti adlı işçiyə küçə söyüşləri söyərək ictimaiyyət içərisində onun şəxsiyyətini alçaltmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və polis şöbəsində ictimai qaydanı pozmuşdur. Bununla da, Abbasov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-2921/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2921/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver