Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2953/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu X1 şikayət ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 20 iyun 2024-cü ildə Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. «Şikayət ərizəsi»nin nəticəvi hissəsi aşağıdakı məzmundadır: «Hörmətli məhkəmə heyətindən tələbim budur ki, uğramış olduğum qeyri qanuni rəftara son qoyulsun». Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. «Şikayət ərizəsi»ni və ona əlavə edilmiş iş materiallaını nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, X2 şikayət ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməyərək, “xahiş edirəm” hissəsində onun barəsində olan hansı qərarın ləğv edilməsini, şikayətinin əsasının nə olduğunu qeyd etməmişdir. Bununla da şikayət ərizəsində məhkəməyə irəli sürdüyü tələb natamamdır. Ona görə də müvafiq müraciətə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş qaydalara uyğun formada baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2953/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2953/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver