Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2965/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X11 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X11 21 aprel 2023-cü il tarixdə təxminən saat 00:15 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində X3 idarə etdiyi “Nissan Sunny" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində isə X4 başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun və döş qəfəsinin sağ yan səthinin sıyrıqları kimi, X7 döş qəfəsinin sağ yan səthinin qançırı və sağ baldırın yumşaq toxumasının hematoması kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. X6 barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Buna görə də X11 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 01 may 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 və zərərçəkmiş şəxslər X4 və X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 24 aprel 2023-cü il tarixli, 307 saylı rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sağ yan səthinin qançırı və sağ baldırın yumşaq toxumasının hematoması bərk küt əşyanm (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 21 aprel 2023-ci il tarixdə YNH şəraitində sərnişini olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 aprel 2023-cü il tarixli, 306 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun və döş qəfəsinin sağ yan səthinin sıyrıqları kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 21 aprel 2023-cü il tarixdə YNH şəraitində sərnişini olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. X6 barələrində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X11 ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X6 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, X8 cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2965/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2965/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver