Məhkəmə qərarları › İş №3(010)-2966/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2966/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2966/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X1, zərərçəkmiş şəxslər X4 və X2 iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X11 küçəsi, ev 115V/5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 03 iyun 2023-cü il tarixdə, saat 20:20 radələrində ünvan 3 ünvanında X3 və X7 nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 12 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək, göstərdi ki, uşaqlarını görmək üçün qaynanasının evinə getmişdir. Orada uşaqlarına şirniyyat məhsulları almaq üçün mağazaya getmişdir. Qayınanasının evinə qayıdanda qayınanası onu mobil telefona çəkirdi. O, buna etiraz etmişdir. Bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Bundan sonra qayınanası ona 4-5 dəfə şillə vurmuşdur. Daha sonra qaynı əlində bıçaq ilə üzərinə hücum etdi. Keçmiş həyat yoldaşı isə ona şüşə butulka ataraq xəsarət yetirməyə çalışmışdır. O, əli ilə itələmişdir, lakin heç kəsi vurmamış və söyməmişdir. Sonda Şəxs məhkəmədən əməlində hər hansı bir inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X5 göstərdi ki, Şəxs, 03 iyun 2023cü il tarixdə, saat 20:20 radələrində ünvan 3 ünvanında X3 və X7 nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxsun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmdə göstərdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. O, uşaqları ilə birlikdə anasının evində yaşayır. 12 iyul 2023-cü il tarixdə Fərman onun anasının mənzilinə gələrək uşaqlar ilə görüşmək istədiyini bildirdi. O, Fərmanın bu istəyinə etiraz etmədi. Daha sonra Fərman mağazaya getdi və qayıtdı. Fərman içkili idi və anası onu mobil telefonu ilə videoya çəkirdi. Daha sonra Şəxs onu və anasını nalayiq söyüşlər ilə təhqir etdi və onu vurdu. Sonda zərərçəkmiş şəxs X6, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmdə göstərdi ki, 12 iyul 2023-cü il tarixdə Şəxs onun mənzilinə gələrək uşaqlar ilə görüşmək istədiyini bildirdi. O, Fərmanın bu istəyinə etiraz etmədi. Daha sonra Fərman mağazaya getdi və qayıtdı. Fərman içkili idi və o buna görədə Fərmanı mobil telefonu ilə videoya çəkirdi. Daha sonra Şəxs onu nalayiq söyüşlər ilə təhqir etdi. O, Şəxs vurmamışdır. Sonda zərərçəkmiş şəxs X8, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 12 iyul 2023cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar