Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2967/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, tərcüməçi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Ekol Vəkil Bürosunun vəkili X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin yol patrul xidməti inspektoru X4 iştirakı ilə, Şəxs, xx xxxxxx 1996-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, FİN 12E58A, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 07 iyul 2023-cü il tarixdə idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda hərəkətdə olarkən, yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla yüksək sürətlə hərəkət edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, yarış həyata keçirərək, avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki, 07 iyul 2023-cü il tarixdə idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən “Bentley” markalı avtomobilin sürücü onun avtomobilə yaxınlaşaraq, ondan gedəcəyi məkanın yolunu soruşdur. O, həmin şəxsə bildirmişdir ki, özü də, həmin məkana gedir. Buna görə də, həmin şəxsə onunla birlikdə hərəkət etməsini bildirmişdir. O, tələsdiyi üçün yolda müəyyən edilmiş hərəkət sürətini aşmışdır. Buna görə də, o, X9 Haqqında 07 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15537529 nömrəli qərarla 250 manat məbləğində cərimə olunmuşdur və həmin cəriməni ödəmişdir. O, heç bir avtoxuliqanlıq hərəkəti etməmişdir. Lakin, hadisədən bir neçə gün sonra, onun avtomobili dostunda olarkən, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin əməkdaşları avtomobili saxlayaraq, heç bir əlavə məlumat verilmədən, cərimə meydançasına yerləşdirilmişdir. Onun 02 gün avtomobilindən məlumatı olmamış,hər yerdə avtomobilini axtarmışdır. Daha sonra Daha sonra 10 iyul 2023-cü il tarixdə ona Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən zəng gəlmiş və həmin idarəyə dəvət edilmişdir. O, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə vəkili ilə getmişdir. Orada onun avtoxuliqanlıq etməsi barədə ona heç bir sübut təqdim edə bilmədikləri üçün o, barəsində protokol tərtib edilməsini tələb etmişdir. O, avtoxuliqanlıq etməmiş və yarış keçirməmişdir. Sonda Şəxs hər hansı bir inzibati xəta törətmədiyini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş ürə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və xahişini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs avtomobili öz yolu ilə sürüb və sürəti bir dəfə aşıb, ona görə cəriməni artıq ödəyib. Davamlı olaraq qayda pozuntusu etməyib, heç bir ictimai qaydanı pozmayıb, digər hərəkət iştirakçılarına maneçilik törətməyib, heç bir avtoxuliqanlıq hərəkəti sayılacaq hərəkət etməyib. DYP-nin əməkdaşı bildirir ki, tərəflər arasında sövdələşmə olub və sürüş ediblər. Lakin bunu sübuta yetirəcək heç bir sübut təqdim edə bilmirlər. Avtomobil 8 iyul 2023-cü il tarixdən cərimə meydançasına yerləşdirilib və avtomobilin sahibinə 10 iyul 2023-cü il tarixində xəbər verilib. Hüquqlarını müdafiə etdiyi Şəxs əməlində avtoxuliqanlıq əlamətləri mövcud olmamışdır. Buna görə də X2, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş ürə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin yol patrul xidməti inspektoru X6 məhkəmədə göstərdi ki, Şəxs 07 iyul 2023-cü il tarixdə idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda hərəkətdə olarkən, yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla yüksək sürətlə hərəkət edərək, digər avtomobillərin hərəkətinə təhlükə yaratmış, həmçinin, digər avtomobil ilə yarış həyata keçirərək, avtoxuliqanlıq etmişdir. Belə ki, Şəxs digər bir şəxs ilə Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində, beton yol adlanan yolda hərəkət sürəti 110 km/saat müəyyən edildiyi halda saatda 216 km/s sürətlə hərəkət etmişdir. Həmçinin “Bentley” markalı avtomobilin sürücüsü ilə sürüş edərək ictimai qaydanı aşkarcasına pozmuşdur. Buna görə də, “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarəyə dəvət edilərək, izahatı alınmışdır. Şəxs izahatında inzibati xəta törətmədiyini bildirsə də, lakin inzibati xətanın törədildiyi əraziyə quraşdırılmış kamera görüntülərindən Şəxs idarə etdiyi avtomobillə açıq-aşkar qərəzli hərəkətlər edərək, avtoxuliqanlıq etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan və tərəflərin iştirakı ilə tədqiq edilmiş inzibati xətanın törədildiyi əraziyə quraşdırılmış kamera görüntülərinə baxış keçirilərkən görünür ki, Şəxs idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunun ortasında dayanaraq digər nəqliyyat vasitəsinin sürücüsü ilə sövdələşmə apararaq hər iki nəqliyyat vasitəsi ilə eyni anda sürətlə yerindən hərəkətə başlamış və nəzərdə tutulmuş surət həddini 106 km\s aşaraq yürüş etmişdilər. Bununla da, müəyyən olunur ki, Şəxs idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüksək surət və manevr və ötmə qaydasını pozmaqla, aşkar surətdə digər mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə sürət yarışını həyata keçirməklə, təhlükəli vəziyyət yaratmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, İŞəxs 07 iyul 2023-cü il tarixdə, “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 106km/saat aşmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan 07 iyul 2023-cü il tarixli, (elektron qərar) EQ seriyalı, 15537529 nömrəli qərarla 250 manat cərimə olunmuşdur. Yolda müəyyən olunmuş hərəkət sürəti 110km/saatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi) hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında avtoxuliqanlıq etmədiyini bildirsə də, lakin məhkəmə iclasında təhlükəsiz şəhər kameralarından qeydə alınmış video görüntüyə baxış keçirilmiş və sonuncunun “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda dayanaraq digər nəqliyyat vasitəsinin sürücüsü ilə sövdələşmə aparması, daha sonra “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsi ilə eyni yerdə yan-yana dayanması, bundan sonra hər iki nəqliyyat vasitəsinin eyni anda sürətlə yerindən tərpənərək bir müddət eyni anda bərabər yürüş etmələri müəyyən olunmuşdur. Bununla da, Şəxs idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüksək surət və manevr və ötmə qaydasını pozmaqla, aşkar surətdə digər mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə sürət yarışını həyata keçirməklə, təhlükəli vəziyyət yaratmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etməsi sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun 07 iyul 2023-cü il tarixdə idarə etdiyi “LAMBORGHİNİ URUS PERFORMANTE MİNİK” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolunda hərəkətdə olarkən, nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 106km/saat aşmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, digər avtomobil ilə yarış keçirərək, avtoxuliqanlıq etməsi, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini, cavanlığını nəzərə alaraq, hesab edir ki, Şəxsə cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş BB seriyalı, ******* saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2967/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2967/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver