Məhkəmə qərarları › İş №3(010)-299/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-299/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-299/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 adından daxil olmuş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM: X1 adından Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı məhkəməyə ərizə verilib. Ərizəyə həmçinin Bakı şəhər DYPŞ-nin vəzifəli şəxsləri tərəfindən qəbul olunmuş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli və xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar əlavə edilib. Hesab edirəm ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Əvvəla ərizə onu tərtib etmiş şəxs tərəfindən imzalanmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilməlidir. Həmçinin müvafiq məzmunlu müraciət ərizə formasında deyil, şikayət formasında edilməlidir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, inzibati xəta haqqında iş üzrə şikayət verilməsi ilə bağlı qüvvədə olan qanunvericilikdə konkret müddətlər müəyyən olunub. Təqdim olunmuş ərizədən və ona əlavə edilmiş sənəd surətlərindən bu müddətlərə riayət olunduğu görünmür. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 adından verilmiş ərizə geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar