Məhkəmə qərarları › İş №3(010)-2990/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2990/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2990/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 13 iyun 2024-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:20-də idarə etdiyi “Ford Transit” Mikroavtobus markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Ayaz Meydanov tərəfindən 17 may 2024-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Şəxs ifadəsində özünü təqsirli bilmədiyini, belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü hava limanı istiqamətində dönüb qayıtmaq istəyən zaman anidən onun avtomobilinin arxa tərəfdən gələn avtomobil vurduğunu, həmin hadisədə onun heç bir günahı olmadığını, onun müharibə veteranı olduğunu, işsiz olduğunun, ailəsinin yeganə baxan şəxsin məhz o, olduğunu bildirərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Suraxanı rayon DYPŞ-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17 may 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü hava limanı istiqamətinə ikinci zolada hərəkətdə olan zamanı arxadan gələn X5 markalı avtomobilin hərəkat zolağına daxil olmuş, yəni ikinci zolaqdan birinci zolağa avtomobili hərəkət etdirən zamanı arxadan öz yolunda gələn avtomobil qəfil qarşısına çıxdığı üçün arxadan gələn X5 markalı avtomobilə qəza şəraiti yaratmış, nəticədə X5 markalı avtomobil Şəxs idarə etdiyi avtomobilin sol arxa hissəsinə çırpılmış nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Ona görə də, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, vətəndaş Şəxs əməlində AR İXM-nin 327.8-cı maddəsinin əlamətləri olduğundan barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞnə göndərilməsi, vətəndaş X1 əməlində AR İXM-nin 332.1-ci maddəsinin əlamətləri olduğundan barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞnə göndərilməsi, qərarın sürəti iş üzrə maraqlı tərəflərə göndərilməsi, qərarın sürəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi və toplanmış material qanunla nəzərdə tutulan müddətdə saxlanılması üçün Suraxanı RPİnin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan MTE və PAB-nin X4 Suraxanı rayon şöbəsinin xx.xx.2024cü il tarixli, N-139 saylı ekspert rəyində vətəndaş X2 baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin qançırı, bədənin küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət alması ekspert rəyində bildirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü hava limanı istiqamətinə ikinci zolada hərəkətdə olan zamanı arxadan gələn X5 markalı avtomobilin hərəkat zolağına daxil olmuş, yəni ikinci zoladan birinci zolağa avtomobili hərəkət etdirən zamanı arxadan öz yolunda gələn avtomobil qəfil qarısına çıxdığı üçün arxadan gələn X5 markalı avtomobilə qəza şəraiti yaratmış, nəticədə X5 markalı avtomobil Şəxs idarə etdiyi avtomobilin sol arxa hissəsinə çırpılmış nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Toqquşma nəticəsində vətəndaş X2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranı olması və ailəsinin yeganə qazanc mənbəyi olmasını məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar