Məhkəmə qərarları › İş №3(010)-2993/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2993/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2993/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X1 iştirakı ilə, Şəxs rəhbəri Tolga Atıcı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 3(010)- 1594/2021 saylı qərarı ilə ODEİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs rəhbəri Tolga Atıcıdan dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs rəhbəri Tolga Atıcı icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən 07 iyul 2022-ci il tarixdə Şəxs rəhbəri Tolga Atıcı barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 3(010)- 1594/2021 saylı qərarı ilə ODEİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. İcra sənədi 05 may 2021-ci il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə icraatına başlanılaraq bu barədə tərəflərə məlumat, borclu tərəfə isə həmçinin könüllü icra barədə bildiriş göndərilmişdir. Daha sonra borclu icra sənədində qeyd edilən ünvanda fəaliyyət göstərmədiyindən və tələbin könüllü icrası barədə bildirişi alması barədə heç bir məlumat olmadığından həmin bildiriş elektron icra sistemi vasitəsi ilə borclu Şəxs rəhbəri olan Tolga Atıcının ***-***-**-** nömrəli mobil telefon nömrəsinə göndərilmiş və ona icra sənədində göstərilən tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, icra sənədinin icrası bugünədək borclu tərəfindən icra edilməmişdir. Daha sonra borclu Şəxs rəhbəri olan Tolga Atıcının ***-***-**-** nömrəli mobil telefon nömrəsinə barəsində tərtib olunacaq inzibati xəta haqqında protokolun tərtibində iştirak üçün elektron icra sistemi vasitəsi ilə sms bildiriş göndərilmiş, lakin, Tolga Atıcı icra şöbəsinə gəlməmişdir. Buna görə də, borclu X2 barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Tolga Atıcınun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 07 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 3(010)-1594/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 05 may 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 3(010)-1594/2021 saylı qərarına dair icra sənədi üzrə icraata 05 may 2022-ci il tarixdə başlanılmış, borclu Şəxsnə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 05 may 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 3(010)-1594/2021 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxsndən xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin Şəxsndən tutulacağı bildirilmişdir. İş materiallarından müəyyən olunur ki, icra tədbirləri olaraq borclu Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində, "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesablarına inkasso sərəncamları qoyulması üçün inkasso sərəncamları icra olunması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Tolga Atıcının şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Tolga Atıcının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, vəzifəli şəxs Tolga Atıcıya cəza təyin edərkən, cəzasını yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs rəhbəri Tolga Atıcı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar