Məhkəmə qərarları › İş №3(010)-3/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, xx xxxxxx 1971-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1790/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-2126/2024 nömrəli qərarı ilə Şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun və Şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1790/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay 80 manat aliment alınıb X1 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-cü il tarixli qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1790/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Xaçmaz Rayon Məhkəməsinin icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-2126/2024 saylı qərarından görünür ki, Şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən məhkəmə ünvanlanmış məktubdan görünür ki, Şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A.Fətullayev küçəsi, ev 139, mənzil 23də yaşamadığı müəyyən edilmiş, bu barədə arayış alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 3(010)-3/2025 nömrəli qərarına əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022ci il tarixli qərarında göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində 30 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, bundan sonra inzibati xətanı törətmiş şəxs qaçıb gizləndiyinə görə məhkəmənin qərarı ilə onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi zərurəti ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunverici inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra qaçıb gizlənən şəxsin belə inzibati məsuliyyətə cəlb olunmasını qadağan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 528.1–ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38–ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar